Gəncə şəhərində yerləşən universitetlərdən mütamadi olaraq saytlara şikayət məktubları göndərilir.Əksər şikayətlərdə də həqiqət payı var.Bu günümüzdə də davam edir.Son illər universitetlərin arasında bir tək ADAU-nun adı hallanmırdı,artıq son aylar bu təhsil müəissəsinin adı da siyahıda yer alır.
Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından Faktinfo.az saytına növbəti şikayət göndərilib. Şikayətdə deyilir:
İnam Kərimov Zəfər Qurbanova Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini icra etməyi həvalə edib.Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir.O,aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlumatı olmayan yad bir adamdır. Bu adam elə hesab edir ki, aqrar sahə və kənd təsərrüfatı sahəsi başqa-başqa məfhumlardır.
Bunlar əyani sübutdur ki,İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri yox,böyük çapda yerlibazlıq edərək yaxın qohum və əqrabasını müvafiq strukturlara yerləşdirir.
Eləcə də bu günlərdə Əhməd Məlikov ADAU-ya tədris işləri üzrə prorektor təyin olunub.Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetində müəllim işləyirdi. Xəmir qarışdıran qurğu üzrə müdafiə edib, aqrar sahənin mütəxəssisi deyil.Bu adam Azərbaycan Texnologiya Universitetinin sənayesi üzrə mütəxəssisdir.O,Azərbaycan Texnologiya Universitetinin keçmiş rektoru Telman Məlikovun qardaşıdır.Telman Məlikovun kürəkəni Elnur Əliyev isə nazir Mikayıl Cabbarovun ən yaxın adamıdır, onun birinci müavinidir.
Son dövrlərdə ADAU-da 3 dəfə olan ölkə Prezidenti universitetdə nümunəvi tələbə evi, nümunəvi tədris korpusu, nümunəvi maddi-texniki baza yaratdı. Zəfər Qurbanov isə aqrar universiteti nəinki regionda, hətta beynəlxalq səviyyədə tanıtmaq əvəzinə universiteti müxtəlif məmurların təsiri altına saldı.O,daxili nəzarət şöbəsinə Kamran adlı bir şəxs təyin edib. Bu adam tələbələrin davamiyyətini yoxlamır,əlində jurnal professor - müəllim heyətini yoxlayır.
Hazırda Aqrar Universitetdə pislə yaxşının, savadlı ilə savadsızın yeri bilinmir. Vəzifələrə dərəcəsi olmayan adamlar təyin olunur. Bu günlərdə "Əkinçilik, genetika və seleksiya" kafedrasına keçirilən kafedra müdiri seçkisində aqrar elmləri doktoru, professor Nizami Seyidəliyev kənarlaşdırılaraq bu sahəyə tamamilə yad olan, Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı qızı Aynur Həsənovanı müdir seçdi.Aynur Həsənovanın anası Ema Aslanova Gəncə Dövlət Universitetinin kafedra müdiridir. Onun dərsləri kafedranın digər müəllimləri tərəfindən tədris olunur.
Aqrar Universitetdə quşçuluq təsərrüfatı məhv edilmək üzrədir. Universitetin parnik təsərrüfatı ləğv olunub. Zəfər Qurbanov heyvandarlıq təsərrüfatında heyvanların sayının azaldılması haqqında da göstəriş verib. İxtisasları bağlayır,tələbələrin sayını aşağı salır. Bu da Cənab Prezidentin iqtisadi inkişaf konstektində apardığı kadr siyasətinə böyük zərbədir və onun Sərəncamına hörmətsizlikdir.
Zəfər Qurbanovun ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə çarpacaq bir fəaliyyəti olmamışdır. Hər gün iclas keçirir və bu 4-5 saatlarla davam edən mənasız iclasların hamısında yalnız özü danışır, özünü tərifləyir. Zəfər Qurbanov ancaq tələbələrlə görüşür, professor-müəllim heyəti ilə normal bir görüşü hələ də olmayıb.
Əhməd Məlikov isə Qəmbər Abdullayevin, Nurəddin Məmmədovun, Texnologiya Universitetinin sabiq rektorundan gecə-gündüz ora-bura donos yazan Azər Allahverdiyevin yaxın dostudur. Onun da heç bir qabiliyyəti yoxdur, olsa idi Texnologiya Universitetində ona vəzifə verərdilər.
Zəfər Qurbanov İnam Kərimovun kadrıdır. Əhməd Məlikov isə Mikayıl Cabbarovun kadrıdır. Hər ikisinin məqsədi rektor olmaqdır. Rektorluq uğrunda mübarizə gedir, savaş gedir. "İki qoçun başı bir qazanda qaynamaz" deyib atalar... Bu savaşda Mikayıl Cabbarovun kadrı olan Əhməd Məlikovun qalib gələcəyi açıq-aydın görünür. Hətta artıq Əhməd Məlikov Göygöl rayonunda Gilavar restoranında dostları ilə yeyib içərkən,Zəfər Qurbanovun qatarının getdiyini bildirmiş və bunu süfrə arxasında tostlarla qeyd etmişdir.
Mərhum akademik Cəlal Əliyevin dediyi kimi torpaqda yetişib, torpaqda böyüyən ən azından elmlər doktoru, professorlar bu universitetdə çalışıblar. Ona görə də aqrar sahəni dərindən bilən mütəxəssslər bu universiteti inkişaf etdirə bilər.ADAU-da magistr, bakalavr, yüksək ixtisaslı elmlər doktoru, fəlsəfə doktoru hazırlanırsa, ən azından bu universitetə aqrar sahəyə tam bələd olan şəxsin rəhbərlik etməsi daha münasibdir.
Seyid Cəfər Pişəvəri adına humanitar gimnaziyanı bitirib fars dili mütəxəssisi olan, daha sonralar Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək beynəlxalq hüquq üzrə mütəxəssis olan İnam Kərimov aqrar sahəyə necə zərbə vurursa, onun yaxın qohumu, neft sənayesi üzrə mütəxəssis olan Zəfər Qurbanov da, ADAU-nu elə məhv edir. Aqrar sahə çox spesifik sahədir, bu sahəni idarə etmək üçün illərin təcrübəsi lazımdır, yəni akademik Cəlal Əliyevin ifadəsi ilə desək, idarə edən mütəxəssis “asfaltda yox, torpaqda doğulmalıdır”.
Ümid edirik ki, ölkə rəhbəri bu universitetin aqrar sahədən tamamilə məlumatsız şəxslərə həvalə etməsi haqqında ciddi bir tədbir görəcəkdir.
FAKTİNFO.AZ