Keçən həftə nazir postuna təyin olunaan Məcnun Məmmədovun kənd təsərrüfatı sistemindəki müdaxiləsi təhsildən başlaya bilər. Bu barədə DİA.AZ-a nazirlikdəki mənbə informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, artıq bunun ilk söhbəti də gedib və "yuxarılar" da belə bir qərara etimad göstərir: "Barəsində yetərincə şikayətlər olan Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyinin məsələsi hələ keçmiş KTN şefi İnam Kərimovun dövründə aktual idi və indi də aktualdır. Zəfər Qurbanov ADAU rəhbərliyinə məhz İnam Kərimovun sayəsində gəlib... İndi isə tam müdafiəsizdir və İnam Kərimov onu yox, digər KTN-nin mühüm postlarındakı kadrlarından muğayat olduğundan ADAU rektoru İLK QURBAN kimi ən gözəl namizdə hesab olunur".
Əlavə bilgimiz olacaq. Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...