"Kənd Təsərrüfatı Naziri İnam Kərimovun ən etibarlı kadırlarından olan Zəfər Qurbanov ADAU rəhbərliyini ələ keçirəndən əməlli-başlı "özünə qulluq" rejiminə keçib. Bütün addımları ilə yalnız və yalnız pul qazanmağı qəsd edən Zəfər Qurbanov o qədər harınlayıb ki, hətta bu addımı da atdı..." DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunur.
Müraciət müəllifləri iddia edirlər ki, Zəfər Qurbanov 20 Yanvar şəhidlərimizin bütün ölkə üzrə anıldığı bir məqamda da ortalıqda görünməyi özünə borc hesab etməyib. DİA.AZ-a yazılanlar: "Bütün plkə Yanvar faciəsinin 33-cü ildönümünü anır... Amma Zəfər Qurbanoc özünə əziyyət verib Gəncədəki tədbirlərə qatılmadı"
Müraciət müəllidləri daha sonra Z.Qurbanovun ADAU işləklərindən də yazırlar:
"ADAU də imtahan sensiyası gedir imtahana nəzarəti və imtahan apellyasiya şurasına nəzarət yalnızca Zəfər Qurbanovun yaxınları və qohumları nəzarət edir. Sanki tələbələrin qəsdinə duran Zəfər Qurbanov və onun tapşırığını canla başla edən şəxsi dəstəsi müəllim və professor heyətinə elə təziqlər edir ki, müəllimlər məcbur qalaraq tələbəni kəsirlər. Məqsəd isə tələbə kəsiri düzəltmək üçün fənnin kreditinə uyğun olaraq 25%-ni ödəsin və büccədə pul çoxalsın. Təqaüd alan tələbənin sayı azalsın. İmtahan apellyasiya şurasına rəhbər 82 yaşlı Abbasov Ziyad və heç bir elmi dərəcəsi olmayan Şəmşir Vəliyevi təyin edib. Hər ikisi Göyçəlidi. İmtahan gedişatını Elmi işlər üzrə prorektor Azad İbrahimova həvalə edib. Azad İbrahimovda Göyçəlidir, Elmi işlər üzrə prorektor olmağına baxmayaraq elimdən xəbəri belə yoxdur. İmtahanların gedişatı Bəşir Bağırzadəyə həvalə edib. Daxili nəzarət və audit şöbəsinin müdütüdür. İnam Kərimovun kadırlarındandır. Gəncə ASAN xidmətdə işləyib. İnam Kərimov aqrar sahəyə gəldikdən bir müddət sonra Bəşir Bağırzadəni ADAU də işlə təmin etdi. ADAU nə baxsaq görərik ki, idarəçilikdə işləyənlərin demək olar ki, 80% dən çoxu Göyçəlidir. Sizcə bunlar hamısı təsadüfdür? Zəfər Qurbanov hansı idarəçilikdən danışır ki, baytarlıq ixtisaının özəyi olan anatomiya müəllimi tapılmır. Buna baxmayaraq Zəfər Qurbanov müəllimlərin işə qəbulunu rektor əvəxi təyinat aldığı gündən dayandırıb. Hansı səbəbə görə Zəfər Qurbanov əzaçılıq kafedrasına Samirə Quluyevanı müəllim götürür işə. Ya universitetin onun olduğunu deyən professor və müəllim heyətinini tələbə hesab edərək yoxlayan bibisi qızı Sevinc Mahmudovanın özbaşınalığına nə deyəsən..."
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...