Axtarış...

ADAU-da rektorluq uğrunda SAVAŞ BAŞLAYIB... - İLGİNC İDDİALAR...

ADAU-da rektorluq uğrunda SAVAŞ BAŞLAYIB... - İLGİNC İDDİALAR...


İnam Kərimovun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri
vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılansa da bir müddət
keçəndən sonra məlum oldu ki, bu adam aqrar sahəni anlamır və bu sahədən tam
xəbərsizdir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam
Kərimov baramanı təqdim edənlərdən soruşur ki,Siz baramanı gündə neçə
dəfə suvarırsınız? Təqdim edən şəxslər isə deyib ki, cənab Nazir, barama
yemləndirilir, suvarılmır. Göründüyü kimi, nazir baramanın yemləndirilməsi və ya
suvarılması məsələsindən bixəbərdir.
İnam Kərimov aqrar sahəyə nabələdliyi ilə illərlə aqrar sferada
formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özü ilə ASAN Xidmətdə çalışan
tarix, ədəbiyyat müəllimlərini, özünün dost-aşnalarını Kənd Təsərrüfatı
Nazirliyində və xüsusilə də, bütün rayonların Aqrar İnkişaf Mərkəzlərinə direktor
vəzifələrinə işə götürdü.
İnam Kərimov özünün tarix müəllimi olan dostunu baytarlıq idarəsinə rəis
təyin edib. Bir soruşan yoxdur ki, Cənab Nazir, tarix müəllimi hara, baytarlıq
idarəsi hara..?
Eynən bunu kimi, özünün saxta maliyyə məsələlərinin və bir çox yeyinti
layihələrinin üzərini ört-basdır etmək məqsədilə tez-tələsik öz yaxın qohumu olan
Zəfər Qurbanova da Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini
həvalə etdi. Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə
mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima
deyil, aqrar sahədən heç bir məlumatı olmayan yad bir adamdır. Bu adam elə hesab
edir ki, aqrar sahə və kənd təsərrüfatı sahəsi başqa-başqa məfhumlardır.
Bunlar əyani sübutdur ki, İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri
yox, güclü yerlibazlıq edərək yaxın qohum və əqrabasını müvafiq strukturlara
yerləşdirir.
Eləcə də bu günlərdə Əhməd Məlikov ADAU-ya tədris işləri üzrə prorektor
təyin olundu. Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetində müəllim
işləyirdi. Xəmir qarışdıran qurğu üzrə müdafiə edib, aqrar sahənin mütəxəssisi
deyil. Bu adam Azərbaycan Texnologiya Universitetinin keçmiş rektoru Telman
Məlikovun qardaşıdır. Telman Məlikovun kürəkəni Elnur Əliyev isə Mikayıl
Cabbarovun ən yaxın adamıdır, onun birinci müavinidir.
Son dövrlərdə ADAU-da 3 dəfə olan ölkə Prezidenti universitetdə nümunəvi
tələbə evi, nümunəvi tədris korpusu, nümunəvi maddi-texniki baza yaratdı. Zəfər
Qurbanov isə aqrar universiteti nəinki regionda, hətta beynəlxalq səviyyədə
tanıtmaq əvəzinə universiteti müxtəlif məmurların təsiri altına saldı. Digər
tərəfdən universitet həm də Tədris hissəsinin müdiri Elay Zeynallı, Elm şöbəsinin
müdiri Elçin Nəsirov, Keyfiyyətin Təminatı və strateji inkişaf şöbəsinin müdiri
Mehman Kərimovun hegemonluğuna keçib. Bu şəxslər heç bir elmlər doktorunu,
heç bir professoru saymır, öz bildiklərini edirlər. Zəfər Qurbanov isə daxili nəzarət
şöbəsinə Kamran adlı bir şəxs təyin edib. Bu adam tələbələrin davamiyyətini
yoxlamır,əllərində jurnal professor - müəllim heyətini yoxlayır.
Bu gün Aqrar Universitetdə pislə yaxşının, savadlı ilə savadsızın yeri
bilinmir. Vəzifələrə dərəcəsi olmayan adamlar təyin olunur. Bu günlərdə
"Əkinçilik, genetika və seleksiya" kafedrasına keçirilən kafedra müdiri seçkisində
aqrar elmləri doktoru, professor Nizami Seyidəliyev kənarlaşdırılaraq bu sahəyə
tamamilə yad olan, Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı
qızı Aynur Həsənovanı müdir seçdi. Aynur Həsənovanın anası Ema Aslanova
Gəncə Dövlət Universitetinin kafedra müdiridir. Onun dərsləri kafedranın digər
müəllimləri tərəfindən tədris olunub, bu xanım latın əlifbası ilə yaza bilmir. Bu gün
universitetdə tələbədən rüşvət yığan, müəllimliyə belə ləkə olan şəxslər vəzifələrə
təyin olunur. Aqrar Universitetdə quşçuluq təsərrüfatı məhv edilmək üzrədir.
Universitetin parnik təsərrüfatı ləğv olunub. Zəfər Qurbanov heyvandarlıq
təsərrüfatında heyvanların sayının azaldılması haqqında da göstəriş verib.
İxtisasları bağlayır, tələbələrin sayını aşağı salır. Bu da Cənab Prezidentin iqtisadi
inkişaf konstektində apardığı kadr siyasətinə böyük zərbədir və onun Sərəncamına
hörmətsizlikdir.
Zəfər Qurbanovun ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə
çarpacaq bir fəaliyyəti olmamışdır. Hər gün iclas keçirir və bu 4-5 saatlarla davam
edən mənasız iclasların hamısında yalnız özü danışır, özünü tərifləyir. Zəfər
Qurbanov ancaq tələbələrlə görüşür, professor-müəllim heyəti ilə normal bir
görüşü olmayıb.
Əhməd Məlikov isə Qəmbər Abdullayevin, Nurəddin Məmmədovun,
Texnologiya Universitetinin sabiq rektorundan gecə-gündüz ora-bura donos yazan
Azər Allahverdiyevin yaxın dostudur. Onun da heç bir qabiliyyəti yoxdur, olsa idi
Texnologiya Universitetində ona vəzifə verərdilər.
Zəfər Qurbanov İnam Kərimovun kadrıdır. Əhməd Məlikov isə Mikayıl
Cabbarovun kadrıdır. Hər ikisini məqsədi rektor olmaqdır. Rektorluq uğrunda
mübarizə gedir, savaş gedir. "İki qoçun başı bir qazanda qaynamaz" deyib atalar...
Amma İnam Kərimov tədbirdə vəzifədən qovulan mədəniyyət naziri ilə birgə
onlara bildirilməsinə baxmayaraq Respublika Prezidentinin stolunda oturaraq öz
siyasi kursuna zərbə vurdu. Ona görə də rektorluq uğrunda mübarizədə Zəfər
Qurbanovu müdafiə etmək iqtidarında deyil, bu savaşda Mikayıl Cabbarovun kadrı
olan Əhməd Məlikovun qalib gələcəyi açıq-aydın görünür. Hətta artıq Əhməd
Məlikov Göygöl rayonunda Gilavar restoranında dostları ilə yeyib içərkən,Zəfər
Qurbanovun qatarının getdiyini bildirmiş və bunu süfrə arxasında tostlarla qeyd
etmişlər.
Lakin hər iki namizəd aqrar sahəyə tamamilə yad olduğundan yüksək ixtisaslı,
aqrar sahəni dərindən bilən professor-müəllim heyətinə malik bir universiteti idarə
etmək qeyri ixtisas sahibi üçün böyük çətinliklər törədir.
Mərhum akademik Cəlal Əliyevin dediyi kimi torpaqda yetişib, torpaqda
böyüyən ən azından elmlər doktoru, professorlar bu universitetdə çalışıblar. Ona
görə də aqrar sahəni dərindən bilən mütəxəssslər bu universiteti inkişaf etdirə bilər.
ADAU-da magistr, bakalavr, yüksək ixtisaslı elmlər doktoru, fəlsəfə doktoru
hazırlanırsa, ən azından bu universitetə aqrar sahəyə tam bələd olan şəxsin
rəhbərlik etməsi daha münasibdir.
Seyid Cəfər Pişəvəri adına humanitar gimnaziyanı bitirib fars dili
mütəxəssisi olan, daha sonralar Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq
fakültəsini bitirərək beynəlxalq hüquq üzrə mütəxəssis olan İnam Kərimov aqrar
sahəyə necə zərbə vurursa, onun yaxın qohumu, neft sənayesi üzrə mütəxəssis olan
Zəfər Qurbanov da, ADAU-nu elə məhv edir. Aqrar sahə çox spesifik sahədir, bu
sahəni idarə etmək üçün illərin təcrübəsi lazımdır, yəni akademik Cəlal Əliyevin
ifadəsi ilə desək, idarə edən mütəxəssis “asfaltda yox, torpaqda doğulmalıdır”.
Ümid edirik ki, ölkə rəhbəri bu universitetin aqrar sahədən tamamilə məlumatsız
şəxslərə həvalə etməsi haqqında ciddi bir tədbir görəcəkdir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz
Временное решение денежных трудностей с помощью займ на карту по паспорту. Или например с помощью быстрые деньги на карту не выходя из дома онлайн. Тут есть много разных вариантов займов, как на небольшую сумму, так и приличную. Смотрите сами.Кроме этого вы можете рассмотреть для себя интересные возушные шары с доставкой на сайте купи-шары.рф купить шары сайт официальный. При необходимости активировать операционную систему можно воспользоваться специальной программой-активатором, которая быстро и без труда установить вам скачать бесплатно активатор виндовс 7. Для любителей игр я нашел сайт: 1xbet официальные зеркало прямо сейчас здесь описано пару слов о том как делают ставки на спорт. Заходите и смотрите про 1хбет, что это и как это работает сказано тут: 1хбет зеркало альтернативный адрес. И многое другое. Нужно купить личинку для двери то кликай

Смотрите так же займ онлайн сразу на карту.
Хочу предложить вам получить полис осаго через интернет.


рассчитать страховку на машину осаго калькулятор