Ağstafa Rayonu İcra Hakimiyyəti başçısı Seymur Orucovun Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin “Ağstafa şəhərində abadlıq işlərinin satınalınması” ilə ağlı elan etdiyi elan etdiyi tender başa çatıb.
32gun.az-ın məlumatına görə, sözügedən tenderin qalibi “Topxana Layihə İnşaat” MMC seçilib. Tərəflər arsında 455.362 AZN-lik müqavilə imzalanıb.
Əldə etdiyimiz məlumata görə, qalib şirkətin dövlətə külli miqdarda vergi borcu mövcuddur. Belə ki, “Topxana Layihə İnşaat” MMC-nin hazırki vergi borcu 191557.82 AZN təşkil edir.
Qeyd edək ki, Əli Bayramovun rəhbərlik etdiyi “Topxana Layihə İnşaat” MMC 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb.