Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsinin dövlətə külli miqdarda vergi borcunun olması və iki tenderdə qalib seçilməsi barədə xəbər vermişdik.
Buna baxmayaraq adıçəkilən idarə növbəti dəfə tenderin qalibi olub.
Millitv.az-ın 32gun.az-a istinadən məlumatına görə, hazırki vergi borcu 194 min manat (194518.81ZN) olan idarə bu dəfə Ağdaş suvarma sistemləri idarəsinin elan etdiyi torpaq məcralı Komsomol kanalının (PK00+00-PK78+00, L=7,8 km) beton üzlüyə alınması və üzərindəki qurğularların əsaslı təmiri işlərinin satın alınması tenderind qalib olub.
Bu tender üçün üçün qalibə 141.441,86 AZN ödəniləcək.
Qeyd edək ki, külli midarda vergi borcu olan Sumqayıt Melioservis İdarəsi Samux suvarma sistemləri idarəsinin Torpaq məcralı Allahdad kanalının (PK 30+70-PK 65+70, L= 3,5km) beton üzlüyə alınması, üzərindəki qurğularla birlikdə təmiri işlərinin satınalınması ilə bağlı tenderdə qalib seçilərək 94.608,24 AZN qazanıb.
Bundan sonra idarə bu dəfə Quba suvarma sistemləri idarəsinin elan etdiyi Suvarma kanallarının lildən təmizlənməsi,daşqın və selə qarşı mübarizə üçün çay məcralarının tənzimlənməsi üzrə tenderdə qalib olub. Bu tender üçün qaliblə 92.004,6 AZN-lik müqavilə imzalanıb.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.