“İspaniyada keçirilən parlament seçkilərində səslərin demək olar ki, 100%-ni hesablayandan sonra sağ mərkəzçi Xalq Partiyası birinci yeri tutur - parlamentdəki 350 yerdən 136-na sahibdir. Bununla belə, sağ mərkəzçi Xalq Partiyasının nəticələri sorğuların proqnozlaşdırıldığı qədər yaxşı olmayıb - o, Franko dövrünün tərəfdarı olan ifrat sağçı "Vox" partiyası (33 mandata malikdir) ilə birləşsə də təkbaşına hakim koalisiya yarada bilməyəcək. İndi ölkəni çətin koalisiya danışıqları gözləyir, nəticəsini hələlik proqnozlaşdırmaq mümkün deyil”.Bunu millitv.az-a Azərbaycan Sosialist Hərəkatının sədri Ədalət Abdinov deyib.Ədalət Abdinov bildirib ki, bu ilki növbədənkənar ümumi seçkilərdə mühafizəkarlar üçün əsas rəqabət 122 mandat qazanan Baş nazir Pedro Sançesin hakim İspaniya Sosialist İşçi Partiyası olub. Dördüncü yerdə, gözlənildiyi kimi, 31 mandatla sol partiyaların ittifaqı olan "Sumar"dır.
Əvvəllər güman edilirdi ki, Xalq Partiyası "Vox" ilə koalisiya yarada bilər. Belə olan halda İspaniyada diktator Fransisko Frankonun öldüyü 1975-ci ildən sonra ilk dəfə olaraq ifrat sağçıların nümayəndələri hakimiyyətə gələ bilər.
Hərəkat rəhbəri əlavə edib ki, bununla belə, indi məlum olur ki, hökumət yaratmaq hüququ üçün kifayət qədər səs yoxdur - baxmayaraq ki, Xalq Partiyasının lideri Alberto Nunes Feijoo koalisiya danışıqlarına başladığını bildirib.
Ədalət Abdinov vurğuladı ki, sol partiyaların tərəfdarları sağ düşərgədən olan rəqiblərini faşist adlandırırlar. Sağçı hökumətin yaranması İspaniyanı diktator Franko dövrünə qaytarmaq və eynicinslilərin evliliyi və ya insanların öz cinsi kimliyini müəyyən etmək hüququ kimi zərərli liberal amillərə meydan vermək deməkdir.
Ədalət Abdinov söyləyib ki, İspaniya Sosialist İşçi Partiyasının liderliyi ilə solçuların bir neçə regional partiya ilə öz hakim koalisiyasını yaratmaq imkanları daha çoxdur. Bunu nəzərə alsaq, onların yeni hökumət yaratmaq hüququ daha realdır. Ona görə də bu ilin sonunda yeni seçkilərin ola biləcəyi ehtimalı çoxdur.
“Onu da qeyd edək ki, Fransa, İtaliya, Braziliya və ABŞ kimi dünyanın bir çox başqa ölkələrində də sosialistlərlə sağlar arasında oxşar debatlar gedir” – sonda Ədalət Abdinov vurğulayıb.
İnci İkramlı