"Hesab edirəm ki, bütün sahələrdə cavanlaşdırma siyasəti reallaşdırılmalıdır”.
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Abel Məhərrəmov deyib.
A.Məhərrəmov bildirib ki, əgər belə məsləhət olarsa, mən tam razıyam, heç bir narahatlıq yoxdur: “Yeni Azərbaycan Partiyasının növbəti qurultayı ilə bağlı bizə gündəlik təqdim olunmayıb, ona görə də dəqiq hansı dəyişikliklərin nəzərdə tutulduğunu bilmirik. Həmçinin bəzi kadrların YAP-ın İdarə Heyətindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqda heç bir məlumatım yoxdur. Cavanlaşdırma siyasəti ilə bağlı atılan bütün addımları isə müsbət qiymətləndirirəm. Ehtimal edirəm ki, xidmətdə olan cavan kadrlara yer verirlər. Bizim yerimizə cavanlar gəlməlidir də, elə daim biz qalası deyilik ki. Kommunist partiyası deyil ki, bir adam axıra kimi getsin. Cavanlaşdırma siyasəti ölkə üçün vacib faktordur”.
Qeyd: Martın 5-də YAP-ın növbədənkənar qurultayı keçiriləcək. /Pravda.az