Axtarış...

Məşhur iş adamı ilə general arasında məhkəmə çəkişməsi yeni mərhələdə - Nə baş verib?

Məşhur iş adamı ilə general arasında məhkəmə çəkişməsi yeni mərhələdə - Nə baş verib?


Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi general Adil Əliyevlə iş adamı Hacı İbrahim Nehrəmli arasında məhkəmə çəkişməsinin apellyasiya mərhələsi başlayır.

Millitv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, apellyasiya şikayətini Adil Əliyev verib. Birinci instansiya məhkəməsinin nəticəsi barədə açıq mənbələrdə heç bir məlumat olmasa da, generalın şikayətçi olması onu deməyə əsas verir ki, qərar onu qane etməyib.

Adil Əliyevin şikayətinə Bakı Apellyasiya Mərhələsində Elnur Həsənovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. Hacı İbrahim Nehrəmlinin sahibi olduğu "Avesta Konserni” MMC də iş üzrə cavabdeh qismində cəlb edilib.

Adil Əliyevlə Hacı İbrahim Nehrəmli arasında mübahisə 2019-cu ildən davam edir. Həmin vaxt iş adamının mediaya verdiyi açıqlamadan məlum olur ki, Adil Əliyev sonradan "Avesta Konserni” MMC-yə birləşdirilən "Tərəqqi” MTK-nın inşa etdiyi yaşayış binasından 5 mənzil alıb. Adil Əliyevin şikayəti mənzillərin ölçülməsi metodikası barədədir. İş adamının qalmaqal barədə mediaya verdiyi açıqlamadan müəyyən hissələri təqdim edirik:

"Adıçəkilən şəxsin (Adil Əliyevi nəzərdə tutur-red) 5 il gözləyib, daha sonra mənzilin ölçülərinin hesablama metodikasından şikayət edib, həm sahibkara, həm məhkəmə sisteminə, həm də dövlət ekspertizasına təzyiqlər etməsi və şantaj yolu ilə külli miqdarda pul, 100 min dollar və 60 min manat tələb etməsi dövlət məmuru adına tamamilə ziddir.

Məlumat üçün qeyd edim ki, sözügedən mənzillər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əməkdaşları üçün tikilib. Adil Əliyev isə dövlətin təklif etdiyi güzəştlərdən sui-istifadə etməklə fərqli insanların adına güzəştli şərtlərlə 5 mənzil və 2 qaraj əldə edib. Təsəvvür edin, orta ranqlı dövlət məmuru şəhərin mərkəzi rayonunda yerləşən binadan 5 ədəd iri ölçülü mənzillər alır və mənzillərin hər kvadratı üçün orta hesabla 500 manat olmaqla ödəniş edir. Adil Əliyev buna hansı yolla nail olub, xəbərim yoxdur. Halbuki, Nazirlər Kabinetində çalışan və bu mənzilləri güzəştli şərtlərlə əldə etmək istəyən daha ehtiyaclı və layiqli insanlar var. Əslində, Adil Əliyevin ödədiyi məbləği ona qaytarıb, mənzilləri eyni şərtlərlə həmin insanlara satmaq daha düzgün olardı”.

Haci İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. O, həm də "Xəzər adaları” layihəsi ilə məşhurdur. 2015-ci ildə Beynəlxalq Bankla bağlı kredit qalmaqalında Hacı İbrahim Nehrəmlinin də adı keçirdi. Həmin vaxt yayılan məlumatlarda onun bankdan 1 milyarda manata yaxın kredit götürdüyü iddia edilirdi. Yeri gəlmişkən, "kredit qalmaqalı”ndan sonra Hacı İbrahim Nehrəmlinin əksər layihələri, o cümlədən "Xəzər adaları” dayandı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz