Axtarış...

Qanunvericilik Baş İdarəsinin rəisi Adil Əliyev Badamdartdakı qonşularının evinə aparan yeganə yolu darmadağın edib – Videoreportaj

Qanunvericilik Baş İdarəsinin rəisi Adil Əliyev Badamdartdakı qonşularının evinə aparan yeganə yolu darmadağın edib – Videoreportaj

Badamdar qəsəbəsi 3-cü yaşayış massivində torpaq mülkiyyətçiləri olan Məhərrəm Məmmədov, Şixəli Məmmədov və Aqil Qurbanəliyev Azinforum.az saytına müraciət edib bildirirlər ki, həmin ərazidə onlarla qonşu olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəisi Adil Şirməmməd oğlu Əliyev səlahiyyətindən və cəmiyyətdəki üstün mövqeyindən istifadə edərək, onların evlərinə gedən yolu tamamilə dağıtdırıb. Şikayətçilər bildirirlər ki, onlar faktiki olaraq tikdikləri qanuni çıxarışla olan evlərinə gedə bilmirlər.
Bu səbəbdən də , inşa etdikləri mülkün tikintisində tamamlama işlərini də aparmaq mümkünsüz olub. Deyilən ərazidə olan çəkiliş qrupumuz müəyyən edib ki, şikayətçilərin evlərinə aparan yalnız bir yol var, o da sözügedən məmur tərəfindən dağıdılıb. Yalnız bir alternativ qalır, öz evlərinə hava yolu ilə getmək. Bunun üçün də sakinlərin təyyarə və ya helikopter almağa maddi imkanı çatmır. Şikayətçilər bildirirlər ki, onların qonşusu olan məmur həmin ərazidə yaşamır, arada gəlib-gedir:
“Şikayət etmədiyimiz instansiya qalmayıb. Məhkəmə bizim haqlı olmağımızla bağlı qərar çıxarsa da, məmur tərəfindən icra edilmir”.

Şikayətçi vətəndaşlar bizdən xahiş etdilər ki, üzləşdikləri bu real və acınacaqlı vəziyyətlə bağlı onların haqq səsinin ölkə Prezidentinə, Birinci vitse-prezidentə çatdırmaqda onlara kömək edək.
Azinforum.az İnformasiya Portalı həmin ərazidın çəkilən və şikayətçilərin çıxışlarının yer aldığı videoreportajı təqdim edir. Təəssüf ki, bizim Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəisi Adil Şirməmməd oğlu Əliyevlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəf kimi, onun da mövqeyinə yer verməyə hazırıq.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz