Axtarış...

Hacı İbrahimin qardaşı başqa bir iş adamına cinayət işi açıldığını dedi - MƏHKƏMƏDƏN

Hacı İbrahimin qardaşı başqa bir iş adamına cinayət işi açıldığını dedi - MƏHKƏMƏDƏN

İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə növbəti məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.

Məhkəmə prosesində zərərçəkmiş Nazim Sadıqov dindirilib.

O söyləyib ki, 2015-ci ildə Adil Hüseynovdan mənzil alıb, 2017-ci ildə isə müqavilə bağlayıb.

Zərərçəkmiş qeyd edib ki, mənzili aldıqdan bir qədər sonra həmin evin başqa şəxsə satıldığını öyrənib.

"Evi Ayxan adlı şəxsə Sahib İbrahimov satıb. Biz məhkəməlik olduq, Ali Məhkəmə onum xeyrinə qərar çıxardı. Evimi tələb edirəm"- deyən zərərçəkmişə Sahib İbrahimov cavab verib.

S.İbrahimov Ayxan adlı şəxsi tanımadığını deyib.

Bildirib ki, Adil Hüseynov saxta sənədlə vətəndaşlara mənzil satıb və hazırda onun barəsində Baş prokurorluqda araşdırma aparılır.

Digər zərərçəkmiş Heydər Məmmədov dindrilib. O, 2008-ci ildə S.İbrahimovdan 101 min 800 manata mənzil aldığını, sonra evin başqa şəxslərə satıldığını, hazırda problemin aradan qaldırıldığını bildirib.

Növbəti məhkəmə prosesi fevralın 20-nə təyin edilib.

Xatırladaq ki, adı daha əvvəl də bir neçə cinayətdə hallanan S.İbrahimov bu dəfə də dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi cinayət əməllərini törətməkdə günahlandırılır.

Ev dustaqlığında olan S.Ibrahimov barəsindş cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynov barəsindəki işlə birgə aparılıb. Daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.

İttihamda göstərilir ki, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta” şirkətinin binasında olub.

Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri ayrı-ayrı müştərilərə təkrarən satıb.

Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Bildirək ki, S.İbrahimov həbs edilmiş daha sonra isə ev dustaqlığına buraxılımışdı.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.
Musavat.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz