Axtarış...

Nazirliklə keçmiş işçisi arasında qalmaqal - Nə baş verir?


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə qurumun keçmiş işçisi arasında məhkəmə çəkişməsi gedir.

ƏƏSMN-in tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyinin keçmiş işçisi Şeyx-Zadə Afət Vilayət qızı işdən çıxarılmasını əsassız hesab edərək nazirliyi məhkəməyə verib.

Afət Şeyx-Zadə Sahil Babayev nazir təyin olunandan sonra işdən çıxarılıb. Birinci instansiya məhkəməsinin qərarı onu qane etmədiyinə görə apellyasiya şikayəti verib.

Şikayət artıq icraata götürülüb. İşə Bakı Apellyasiya Məhkəməsində Şərafət Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
Nazirliklə keçmiş işçisi arasında qalmaqal - Nə baş verir?

Afət Şeyx-Zadə

Araşdırmalrımız zamanı məlum olub ki, bundan əvvəl də Afət Şeyx-Zadə ilə nazirlik arasında məhkəmə çəkişməsi olub. İddia olunur ki, ƏƏSMN onun əlillik dərəcəsini ləğv edib. Bildirilir ki, Afət Şeyx-Zadə ikinci qrup əlil olub. Nazirlik isə onun ikinci qrup əlillik dərəcəsini üçüncü qrupla əvəz edib. Afət Şeyx-Zadə məhkəmə yolu ilə əlillik dərəcəsinin bərpa etdirə bilib.

Bundan başqa, Afət Şeyx-Zadə nazirlikdə xəsarət alıb. Bu barədə o, "Twitter” hesabında qeyd edib: "Mənin əmək nazirliyində aldığım xəsarəti niyə gizlətdiniz? Prokurorluq təsdiqləməsəydi, yenə təhqiqatdan boyun qaçırardınız. Özünüz qanun pozuntusuna yol verirsiniz”.

Afət Şeyx-Zadənin nazirlikdə hansı şəraitdə xəsarət alması, ümumiyyətlə, bu olayın detalları haqqında bilgi yoxdur.

O məlumdur ki, ƏƏSMN-nin keçmiş işçisi ilə nazirlik arasında ciddi problem var.

Qeyri-iş günü olduğundan məsələ ilə bağlı nazirliklə əlaqə saxlamağımız mümkün olmayıb. Detalları öyrənmək üçün Afət Şeyx-Zadə ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.Qaynarinfo
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz