Axtarış...

Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...



Saatlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Siraqəddin Cabbarovun eyni torpaq sahəsinə dair verdiyi ikinci sərəncamla bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Cabbarov rayonda 20 ildir kənd təsərrüfatı ilə məşğul olan fermerə verilən torpaq sahəsini qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmliyə satıb.

Belə ki, 100 milyardlıq “Xəzər adaları” layihəsi iflas olduqdan sonra qoyunçuluqla məşğul olan iş adamı Saatlıdan 30 hektar torpaq icarəyə götürüb. Lakin həmin torpağı 2000-ci ildə ovaxtkı icra başçısı Gülhüseyn Əhmədovun sərəncamı ilə ailə-kəndli təsərrüfatı ilə məşğul olmaq üçün 30 hektar torpaq sahəsi kənd sakini, 79 yaşlı Validə Məmmədovaya ayrılıb. 2009-cu ildə yeni başçı Siraqəddin Cabbarov həmin torpaq sahəsinin 15 il müddətinə, 2024-cü ilədək istifadə edilməsi üçün V.Məmmədova ilə icarə müqaviləsi bağlayıb. Lakin Siraqəddin Cabbarov 2018-ci ildə torpağı növbəti sərəncamı ilə İbrahim Nehrəmliyə verib.

İ.Nehrəmli də bir müddət sonra “Rom-Alpinos süd və ət məhsulları” MMC üçün fermalar tikməyə başlayıb və kənd sakinindən ərazidən çıxmağı tələb edib.

Bu iş məhkəmə müstəvisinə çıxarıldıqdan sonra ilk olaraq Şirvan İnzibati-iqtisadi Məhkəməsi kəndlinin xeyrinə qərar çıxarıb.

Amma Şirvan Apelyasiya Məhkəməsində kəndlilər məhkəməyə çağırılmadan milyonçunun xeyrinə qərar qəbul edilib. Validə Məmmədova bu qərardan Ali Məhkəməyə şikayət edib. Bu işə Saatlı rayon İcra Hakimiyyəti və şirkət cavabdeh şəxs kimi cəlb olunub. İşə fevralın 27-də hakim İlqar Dadaşovun sədrliyi ilə baxılacaq.

Məhkəmə materiallarından görünür ki, İ.Nehrəmli Saatlının Sırma kəndində 1700 hektar torpaq sahəsi alıb və onun 30 hektarı da V.Məmmədovagilin təsərrüfatıdır. İ.Nehrəmlinin Saatlıda 3 min baş qoyun saxladığı məlum olub.

Qeyd edək ki, Siraqəddin Cabbarov 2019-cu ilin dekabrın vəzifəsindən azad edilərək Sabirabadİ Hakimiyyətinə başçı təyin edilib. Onun yerinə isə Sabirabadın icra başçısı Nazim İsmayılov gətirilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz