Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsində yaşayan bir qrup sakin adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Biz ərizəçilər, Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsi Həmid Sultanov
küçəsində yaşayırıq. Belə ki, Xocasən-Lökbatan yolundan işıqfordan hərbi hissəyə
qalxan yolun (Həmid Sultanov küçəsi) təqribəm 100 metrliyində dəfələrlə qəzalar
baş vermişdir. Sonuncu qəza 12 noyabr 2022-ci ildə Həmid Sultanov küçəsi 17-də
baş vermişdir. Xoşbəxtlikdən həmin zaman yolda adam olmadığına görə qəza
zamanı insan tələfatı olmamışdır. Lakin bu o demək deyil ki, bir daha qəza olarsa
mütləq olaraq insan tələfatı olmayacaq.
Belə ki, Həmid Sultanov küçəsində radar, tramplin, yol nişanı və.s olmadığına
görə burada avtomobillər yüksək sürətlə idarə olunur. Belə olan halda qəzalar
qaçınılmaz olur. Həmçinin nəzərinizə çatdırım ki, Həmid Sultanov küçəsinin sağı
da solu da yaşayış evləridir və qadağa edici heç bir yol hərəkət nişanı da yoxdur.
Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu
M a d d ə 5 0 . Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi
II. Nəqliyyat vasitələri:
1) yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan
sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd
müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış
zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə;
Yolun sağ və sol hissəsinin yaşayış evləri olmasına baxmayaraq burada
avtomobillər 80-90 hətta 100km/saat sürətlə hərəkət edirlər. Bizim hər birimizin
evində azyaşlı və dərsə gedən uşaqlar var. Belə olan halda təbii ki, hər birimiz çox
2
narahat oluruq. Lakin Baş Dövlət Yol Polis İdarəsi heç də narahat deyil.
Bu məsələ ilə bağlı olaraq 28.12.2022-ci il tarixində Baş Dövlət Yol Polis
İdarəsinə müraciət etmişik və müraciətimizi yönəldiblər Binəqədi rayon Polis
İdarəsinə. Binəqədi RPİ-dən guya ki, kimlərsə gəlib baxış keçirib. Bu necə baxış
keçirməkdir ki, bundan biz ərizəçilərin heç birinin xəbəri belə yoxdur. Bunlar bizi
insan yerinə qoymur! Gəlib baxış keçirirlər, çox sağ olsunlar lakin bizimlə əlaqə
saxlayıb şikayətimizin dəqiq hansı ərazidən bəhs etdiyini öyrənməli idilər. Bu günə
qədər də həmin ərazidə heç bir tədbir görülməyib. Çünkü özləri guya gəlib baxıblar
və qərar verib gediblər. Biz şikayətçilər də qalmışıq kənarda.
Bizim artıq iki əlacımız var. Ya yığışıb yolu kəsib etiraz edəcəyik ya da siz
jurnalistləri dəvət edib ölkə Prezidenti cənab İlham Əliyevə müraciət etməliyik.
Gərək burda kimsə ölə ki, Baş Dövlət Yol Polisi İdarəsi bir tədbir görə?! Bunlar
kiminsə ölməyini gözləyirlər?! Bu qədər də haqsızlıq olmaz axı. Altı aydır şikayət
edirik bizi süründürürlər. Bu işə kim baxır? Nəyə görə vəzifələrini icra etmirlər?
Nəyə görə bu qədər insanın hüquqları pozulur? Ombudsmanın Aparatına bununla
bağlı dəfələrlə şikayət ərizəsi yazmışıq zənglər etmişik lakin onlar da əhəmiyyət
vermir. Nəyi gözləyirlər axı? Kiminsə ölməyinimi?
Sizdən xahiş edirik bu məsələni mediada işıqlandırasınız. Əgər mümkünsə gəlib
bizlərdən müsahibə alasınız. Çünkü altı aydan çoxdur ki, müraciətimizə Baş
Dövlət Yol Polis İdarəsi baxmır və gözləyirlər ki, burda kimsə ölsün sonra gəlib
baxsınlar. Xahiş edirik müraciətimizi işıqlandırın. Müraciətimizlə əlaqədar
sənədləri sizə göndəririk. Öncədən təşəkkür edirik".
DİA.AZ bildirir ki, müraciəti aşağıdakı şəxslər imzalayıb:
Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsində yaşayan
- Daşdəmirov Fərhad Bayram oğlu (Şəhid atası)
- Hüseynov Pərviz Əsəddin oğlu (Qazi)
- Abdurahmanov Elxan Tofiq oğlu
- Nəsrullayev Ceyhun İnqilab oğlu
- Abıyev Vidadi Razim oğlu
- Mustafayev Vüsal Aydın oğlu
- Abdurahmanov Elman Tofiq oğlu
- Məmmədov Fikrət Talıb oğlu
- Cahangirov Şubər Yağub oğlu
- Nəcəfova Müşkünaz Baxış qızı
***
Məsələ ilə bağlı Millitv.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...