Axtarış...

Qərib Məmmədovun adını hallandırdılar ki... - DƏLƏDUZLUQ İŞİ

Qərib Məmmədovun adını hallandırdılar ki... - DƏLƏDUZLUQ İŞİ


Bakı şəhəri, Xətai rayonun Korolenko ( indiki İlqar Həbibov) küçəsi, ev 52, mənzil 6-da yaşayan Hüseynov Rövşən Aydın oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, 2014-cü ildə, Suraxanı rayonun Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsində yaşayan Turab adlı şəxsdən onun yaşadığı yerə yaxın olan Abşeron rayon ərazisində "AQRALİYA" MMC-yə 99 illik icarəyə verilmiş Donuzkökəltmə sovxozu ərazisi olan 7.1 ha torpaq sahəsindən 0.02 ha-nı mənə ev tikmək üçün mənə satmağı təklif etmişdir. Ramanıda yerləşən "Gülçülük" adlanan ərazidəki bu torpaq sahəsinə Turabla birlikdə Malik adlı makler də baxış keçirdik və o yeri ölçüb təhvil verdi.Biz birlikdə 9 saylı notariat kantoruna gedib yerin əsl sahibi olan və deyilənə görə sabiq Dövlət Torpaq Komitəsi sədri Qərib Məmmədovun arvadı Aliya Məmmədovnanın nümayəndəsi Məmmədov Hadi Miryusif oğlu ilə 18 sentyabr 2014-cü ildə alqı-satqı müqaviləsi bağladıq.
Lakin 2022-ci ilin yanvarında mənə məlum oldu ki, mənə satılan bu torpaq sahəsində başqa bir adam ev tikib yaşayır. Mən makler olan Turab və Malikdən soruşdum ki, niyə sənədlə mənə verdiyiniz 2 sot yeri başqasına sənədsiz satıbsınız?Dedilər ki, sənə başqa yer verərik. Amma 23 yanvardan bu günə qədər maklerlər məni süründürməçiliyə salıblar. Belə ki, o vaxt mən Rüstəmov Yusifin və Qaybalıyev Faiqin şahidliyi ilə bu adamlara 9000 ( doqquz min) manat pul vermişdim. İndi də bu dələduzlar 7 aydır ki, nə pulumu qaytarırlar, nə də ki torpağımı.
Cənab Prezident xahiş edirəm ki, "AQRALİYA" MMC -nin təsisçisi Qazıyeva Aliya Məmmədovna ( sabiq məmur Qərib Məmmədovun həyat yoldaşı olan) başda olmaqla onların dələduz dəstəsinin - Hadi Məmmədovun, Turabın, Malikin mənə qarşı törətdikləri qanunazidd hərəkətlərinə hüquqi qiymət verilməsinə göstəriş verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz