Axtarış...

Yardımlıda Yaşıllaşdırma idarəsinin əməkdaşını nasos təmirində ölməyə kim cəlb etmişdi? - İTTİHAM

"Yardımlı rayonundan yazırıq, Yardımlı rayonunda baş alıb gedən bu məmur özbaşınalığı haçana kimi vətəndaşların insan kimi yaşamağına mane olacaq? Dur deyən olacaqmı Yarıdmlı rayon məmurlarına?"...

Demokratik.Az-a Yardımlı rayonundan daxil olan yeni vətəndaş müraciətində belə deyilir.
Müraciətdə xatırladırlar ki, iyunun 11 də Yardımlı rayonunda məmur səhlənkarlığı bədbəxt hadisəyə yol açıb. Belə ki, 1982-ci il təvəlüdlü şəxs - Yardımlı RİH-in əməkdaşı su nasosunu təmir edərkən ölüb.

Prokurorluğun yaydığı rəsmi məlumata görə, bildirilib ki, iyunun 11-də 1982-ci il təvəllüdlü rayon sakini Sərhad Sultanovun ölməsi barədə araşdırmalarla müəyyən edilib ki, Yardımlı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində gözətçi işləyən S.Sultanov iyunun 11-də saat 13:00 radələrində Viləş çayının kənarında su nasosunu təmir edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Vətəndaşların ölüm faktı fonunda müraciətinə görə, Yardımlı rayonunda yaşılığın qorunması üçün dövlətimiz tərəfindən zəruri tədbirlər görülür, lakin yerli məmurlar dövlətimiz tərəfindən ayırdığı, Yaşılığın inkişafı, işqlandırmanın təmiri və yolların təmizlənməsi kimi abadlıq işlərinin görülməsinə hər il Dövlətimiz tərəfindən ayrılan maddi vəsaitlərin təyinatlarını dəyişdirməklə tari-mar edirlər. Nəticədə də belə bədbəxt hadisələr baş verir.

Demokratik.Az-a müraciətdə Yardımlılar bildirirlər ki, yaşılığın qorunması üçün rayonda su xəttinin çəkilməsi, Ulu Öndərimizin adını daşıyan Parkın və Gənclər Parkının vaxtında sulanması üçün su xətləri çəkilsə də məmurlar suya ayrılan vəsaiti mənimsədikləri üçün primitiv üsullara əl atlırar. Yardımlı rayonundan axan Viləş Çayına su nasosları atıb gündə bir neçə dəfə su vurmaqla suvarmalar həyata keçirilir.

Su nasosları xarab olduqda, təmirə Yaşıllaşdırımanın istənilən işçiləri göndərilir. Məlum hadisədə də gözətçi gedib su nasosunu təmir etməyə cəhd edərkən ölüm olub. Hansı ki, gözətçinin işi nasos təmir edib elektrik işi görmək deyil. Yaşıllaşdırımanın, işqlandırmanın, kommunalın işciləri öz işlərindən kənar işlərə məcbur edilirlər.

Hətta, Yardımlıda fəhlə kateqoriyalı işçilər səhər saat 9:00-da tabelə qol çəkdikdən sonra, ayrı-ayrı məmurun həyətini təmizləməyə, bağını sulamağa və digər işlərə cəlb olunular. Prezidentin yaratdığı və pulunu ödədiyi "DOST" işçiləri belə məmurların sanki köləsinə cevriliblər. İşləyib ailəsinə bir tikə çörək aparsınlar deyə, ölümü də gözə alırlar.

Müraciətdə iddia edilir ki, hadisədə dünyasını dəyişən Yardımlı rayon Daşkənd sakini Sərhəd Sultanov nasos təmirinə göndərilərkən iş vaxtı olmayıb. Üstəlik məzuniyyətdə olub, onu zəng vurub cağıraraq öz ayağı ila ölümə göndəriblər. Yardımlı sakinləri hadisəni bir cavan ailə başçısının faciəli ölümü hesab edirlər. Və inanırlar ki, Yardımlı rayonunda məmur özbaşınalıqlarına son qoyulacaq. Hadisədə müqəssir olanlar cəzalandırılacaq.

Bildirək ki, Sərhad Sultanov 3 övlad atası olub. Doğrudan da hansısa harın və işbilməz məmurlararın tamahı ucbatından bir ailə başsız, övladları atasız qaldı. Allah rəhmət etsin!

Demokratik.Az
Text-to-Speech

DİNLƏ






Şərh yaz