Azərbaycanın aparıcı tikintin şirkətlərindən biri olan “Caspian Service” MMC-yə və onun sahibi Rəhim Sultanova qarşı məhkəmə iddiaları qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, “Caspian Service” MMC-yə və Rəhim Sultanova qarşı məhkəmə iddiası “Yelo Bank” ASC tərəfindən, Rəhim Sultanovun direktor olduğu "Günəş Holding MMC" MMC-yə qarşı iddia isə Dövlət Vergilər Xidməti tərəfindən qaldırılıb.
“Yelo Bank” ASC-nin “Caspian Service” MMC və Rəhim Sultanova qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası dünən - 22.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilib. Növbəti iclas 04.05.2021-ci il tarixinə təyin olunub.
Dövlət Vergilər Xidmətinin "Günəş Holding MMC" MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası isə bu gün - 23.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, “Günəş Holding MMC” MMC 05.05.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 4000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Bülbül pr, ev 25, m. 52-də erləşir. MMC-nin qanuni təmsilçisi Sultanov Rəhim Ələddin oğludur. Sultanov Rəhim Ələddin oğlunun təsis etdiyi “Caspian Service” MMC isə 28.03.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Bülbül pr, ev 25, m. 52-də yerləşir. MMC-nin qanuni təmsilçisi Musayev Araz Əli oğludur.
Məlumat üçün bildirək ki, Dövlət Vergilər Xidmətinin reyster məlumatlarında “Caspian Service” MMC-nin dövlət büdcəsinə 60 min 178 manat 52 qəpik, “Günəş Holding MMC” MMC-nin isə 100 manat 2 qəpik vergi borcunun olduğu qeyd olunub.
Onu da bildirək ki, “Caspian Service” MMC təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də dəyəri milyonlarla ölçülən böyük tikinti layihələri icra edir. “Caspian Service” MMC ilə bağlı əvvəllər də bir neçə dəfə qalmaqallı məhkəmə prosesləri olub. Hətta məhkəmə proseslərinə etiraz olaraq “Caspian Service” MMC-nin kollektivi tərəfindən ölkə prezidentinə də müraciət olunub. MMC-yə dəstık üçün xarici ölkələrin tanınmış şəxslərindən də dəstək məktubları göndərilib.
“Caspian Service” MMC-nin Direktorlar Şurasının sədri Sultanov Rəhim Ələddin oğlu 1962-ci ildə anadan olub. İxtisasca hüquqşünas olan Rəhim Sultanov tanınmış hüquqşünası Ələddin Sulatanovun oğludur. Ələddin Sulatanov 1967-ci ildə Mingəçevir şəhər prokuroru, 1970-ci ildə Lənkaran rayonunun prokuroru, 1977-ci ildə Bakı şəhər Lenin (Sabunçu) rayonunun prokuroru, 1979-cu ildə Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi, 1980-ci ildə Naxçıvan MSSR-i prokuroru, 1981-cidə il Azərbaycan SSR-i prokurorunun 1-ci müavini, 1987-ci ildə Azərbaycan SSR-i Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru, 1990-cı ildə Baş Prokurorun xüsusi işlər üzrə köməkçisi, 1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Başçının müavini, aparatının rəhbəri, 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi olub. 2010-cu ildən isə təqaüdə çıxıb.