Axtarış...

Eldar Sultanov təqaüdə göndərildi

Eldar Sultanov təqaüdə göndərildi

Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.

Eldar Sultanov, qulluqda olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Baş prokuror Kamran Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz