Axtarış...

“Olympus Park”a qalib gələn İlham Sərdarov vəkilinin pulunu vermədi - Növbəti QALMAQAL

“Olympus Park”a qalib gələn İlham Sərdarov vəkilinin pulunu vermədi - Növbəti QALMAQAL


“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələri barədə məlumatlar dərc etmişdik. Bu qalmaqallı iş təxminən 2 il davam etdi. Bu ilin aprel ayında isə qalmaqallı işlə bağlı tərəflərin razılığından sonra məhkəmə yekun qərarını verdi.

Xatırladaq ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu qanunsuz olaraq sökməsinə görə obyektin sahibi İlham Sərdarov 1.7 milyon manata yaxın təzminat tələb edirdi. Lakin tərəflər bu məbləğə razılaşmadığı üçün bir neçə instansiya məhkəməsində məhkəmə prosesləri baş tutdu. Həm şirkətin, həm də zərərçəkmişin xeyrinə məhkəmə qərarları çıxsa da, tərəflərin heç biri geri çəkilmirdi.

Nəhayət, bu ilin aprel ayında tərəflər razılığa gəldi. Razılığa əsasən, “Olympus Park” zərərçəkmiş tərəfə ümumi dəyəri 1 milyon 600 min manata yaxın əmlak və nağd pul ödəyəcək.

Millitv.az musavat.com-a istinadla xəbər verir ki, tərəflərin razılığından 2 aya yaxın vaxt keçəndən sonra başqa bir qalmaqallı hadisə ortaya çıxıb.

Bu dəfə “Lider” idman klubunun rəhbəri olan İlham Sərdarovu öz vəkili İntiqam Hacıyev məhkəməyə verib. Buna səbəb isə İlham Sərdarovun müqavilə öhdəliyini yerinə yetirməməsi olub. Belə ki, İlham Sərdarov müqavilədə razılaşıb ki, iş onun xeyrinə yekunlaşdığı təqdirdə alacağı təzminatın 2 faizini ödəniş olaraq vəkilinə verəcək. Amma “Olympus Park”a qalib gələndən sonra vədinə əməl etməyib və müqavilə şərti ilə razılşmadığını deyib.

Vəkil isə İlham Sərdarovdan ödəniş olaraq 2 faizlik ödənişi tələb etdiyini bildirir. Buna görə də vəkil məhkəməyə müraciət edib.

İlham Sərdarovla müqavilə “HİMEM Consulting” MMC arasında bağlanıb. MMC cavabdeh İlham Sərdarovdan 34 min 512 manat tələb edir.

MMC Xətai Rayon Məhkəməsinə müraciət edib və iş məhkəmənin icraatına qəbul edilib. Hakin Aygün Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesi iyunun 20-nə təyin edilib.

Xatırladaq ki, “RS Construction” MMC-nin (“Olympus Park”) çoxsaylı özbaşınalıqları ilə bağlı yerli mətbuatda dəfələrlə məlumatlar dərc edilib.

“RS Construction” MMC (“Olympus Park”) uzun müddət zərərçəkmiş tərəfin pulunu ödəməmək üçün müxtəlif məhkəmə instansiyalarında işi uzatmağı bacardı. Lakin nəticə “Olympus Park” üçün daha ağır oldu və tikintinin dayandırılması ilə şirkət bir neçə milyon manat da itirdi.

Şirkətin nümayəndəsi və vəkili Eynar Əliyev də məhkəmə iclaslarından birində bunu etiraf etmişdi. Bildirmişdi ki, bu məsələyə görə şirkətin borclanmaları yaranıb. Vəkil tikintinin dayandırılması ilə şirkətin külli miqdarda borclarının yarandığını etiraf etmişdi.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28.08.2020-ci il tarixli tikinti işlərinin dayandırılması barədə qərarına əsasən, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “RS Construction” MMC-nin sifarişi ilə həyata keçirilən 3 ədəd 12 mərtəbəli yaşayış binalarının tikintisi dayandırılmışdı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz