Axtarış...

Şamaxı Aqro-park MMC-nin işçisindən ŞOK İDDİA - GİLEY

Şamaxı Aqro-park MMC-nin işçisindən ŞOK İDDİA - GİLEY


Kürdəmir rayon, Atakişili kənd sakini Könül Məmmədova “Gözətçi”yə göndərdiyi şikayətdə iddia edir ki, əxlaqsız təkliflərinə razı olmadığı üçün Azərsun Holdinq şirkətinin Şamaxı Aqro-park MMC-dəki işindən azad etdilib.

K. Məmmədova bildirir ki, o, 2020-ci ilin aprel ayında Azərsun Holdinq şirkətinin Şamaxı Aqro-park MMC-də sağıcı vəzifəsində işləyir. O, işlədiyi müddətdə heç bir problemlə üzləşmədiyini, ancaq 2021-ci ilin aprel ayında səbəb göstərilmədən işdən çıxarıldığını deyir. Şikayətçinin iddiasına görə, onun işdən azad olunmasının səbəbi nəzarətçilərinin ona etdiyi əxlaqsız təklifə razı olmamasıdır.

Qeyd edək ki, K. Məmmədova həyat yoldaşından ayrılıb, üç övladı ilə ata evində yaşayır. Övladlarının iksi xəstədir, onların müalicəsi üçün hər ay 200-300 manat pul xərcləyir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz