Axtarış...

Hakim “Olympus Park”ın söküntü apardığı əraziyə getdi, amma elə qərar verdi ki... - FOTOLAR

Hakim “Olympus Park”ın söküntü apardığı əraziyə getdi, amma elə qərar verdi ki... - FOTOLAR


“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələrindən biri yekunlaşıb. Hakim tikinti şirkətinin qanunsuz olaraq söküntü apardığı əraziyə gedib baxış keçirsə də, gözlənilməz qərar çıxarıb. Şirkət həmin ərazidə 1 kvadratmetr üçün 4600 manat kompensasiya ödəsə də hakim 240 kvadratlıq obyektin sökülməsinə görə, 267000 manatlıq kompensasiya müəyyən edib. Bu isə 1 kvadratmetr üçün 1108 manat ödəniş deməkdir.

Millitv.az musavat.com-a istinadla xəbər verir ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açılıb, daha sonra cinayət işinə xitam verilib. Zərərçəkmişə 162 min manat ödənilməsi barədə qərar çıxarılsa da, klubun rəhbəri İlham Sərdarov bununla razılaşmır. O deyir ki, təkcə uçqunun altında qalan idman avadanlıqlarının qiyməti 162 min manatdır.

Bu işlə bağlı son olaraq Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılan məhkəmə iclasında qərar qəbul olunmuşdu ki, dağıdılan əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin edilsin. Ekspertizanın keçirilməsi “Əmlak Ekspert Mərkəzi” MMC-yə tapşırılmışdı.

Zərərçəkmiş tərəf isə müstəqil “Legitim Qiymətləndirmə və Consulting” MMC-yə müraciət edərək dağıdılmış əmlakı qiymətləndirib. MMC idman klubunun dağıdılması nəticəsində dəymiş zərərin təxmini bazar qiymətini 1.425.000 manat olaraq qiymətləndirmişdi.

Bildirək ki, dağıdılmış əmlakının bazar qiyməti ilə hesablanması konstitusiyanın 29-cu maddəsinə ziddir: “Yəni, dövlət layihəsi olanda söküləcək obyektin, mənzilin bazar qiyməti hesablanır. O da əvvəldən ədalətli şəkildə hesablanıb, ödənildikdən sonra. Burda isə özəl şirkət olduğu üçün ancaq bərpa edilmə qiymətləndirilə bilər”.

Amma məhkəmənin təyin etdiyi “Əmlak Ekspert Mərkəzi” MMC qiymətləndirmə üçün müqayisəli obyektlər göstərib. Lakin göstərilən obyektlərin qiyməti ilə sökülən obyektin qiyməti uzlaşmır.

“Həmin obyektlərin şəkilləri də var. Mənim obyektimi Şıxliniskayada bir obyektlə müqayisə ediblər. Həmin obyektlə belə müqayisə edəndə mənim obyektimin qiyməti daha çox hesablanmalıdır. Çünki minimum qiymətlə belə hesablamayıblar. Bu adamlar mənim obyektimi söküb yerində bina tikirlər. Təsəvvür edin ki, tikdikləri binada evlərin satış qiyməti 1 kvadratmetr üçün minimum 1300 manatdır. Obyektin kvadratı isə 4000 min manat. Amma mənim obyektimin qiymətini 1000 manata belə hesablamayıblar.

Rəyi verən ekspert deyir ki, "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır. Bunu da əmlakın dəyərini aşağı salmaq üçün edir. Eskpertin istifadə etdiyi sənədlər 2005-ci ilin materiallarıdır. İndi "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır? Bakıda bunu kimdən soruşsan gülər. Metronun ətrafında 100 metrlik boş yer var?”- İlham Sərdarov narazılığında qeyd edir.

Bu ekspertizanın rəyi məhkəməyə təqdim olunandan sonra zərərçəkmiş tərəf öz narazılığını bildirib. Buna görə də hakim Leyla Əliyeva şəxsən özü söküntü aparılan yerə gedib və əraziyə baxış keçirib.
Hakim “Olympus Park”ın söküntü apardığı əraziyə getdi, amma elə qərar verdi ki... - FOTOLAR

Hakim Leyla Əliyeva söküntü yerinə baxır

Baxış zamanı şirkət rəhbərliyi hakimə izah edib ki, guya sökülən obyektin bərpası üçün həmin ərazidə yer yoxdur. Amma hakim cavab verməyib ki, əlbəttə yer olmayacaq, çünki sökülən idman klubunun yerində artıq bina inşa edilir! Amma həmin binanın tikintisi də məhkəmə çəkişmələrinə görə dayandırılıb.

“RS Construction” MMC-nin (“Olympus Park”) çoxsaylı özbaşınalıqları ilə bağlı yerli mətbuatda dəfərlərlə məlumatlar dərc edilib. Əslində bununla bağlı çoxsaylı ekspert rəylərinə, məhkəmə qərarlarına, şərhlərə ehtiyac yoxdur. Çünki vətəndaşın mülkiyyəti qanunsuz olaraq, razılığı olmadan, gecə ilə sökülüb. Bunun adını cinayətdən başqa nə qoymaq olar?

Başqa bir təfdən isə vətəndaşı məcbur etmək olarmı ki, verilən kompensasiya ilə razılaşsın? Vətəndaşın obyektini istəmədiyi halda söküb, sonra onu istədikləri kompensasiyaya məcbur etməyin adı nədir?

Hakim Leyla Əliyevanın mövqeyi də olduqca maraqlıdır. Çünki həmin ərazidə mənzillərin, obyektlərin və ödənilən kompensasiyanın dəyəri ilə bağlı rəsmi sənədlər ona təqdim edilib.

Elə sökülən idman klubuna bitişik sahənin söküntüsü ilə bağlı rəsmi sənəd də hakimə təqdim edilib. Vətəndaş Təranə Əfəndiyevanın 13 kvadratmerlik qeyri-yaşayış sahəsinin söküntüsü zamanı bu şirkət tərəfindən 60000 manat ödənilib. Bunu rəsmi alıq-satqı müqaviləsində də görmək olar. Bu isə 1 kvadrat metr üçün 4600 manatdan çox ödəniş deməkdir.
Hakim “Olympus Park”ın söküntü apardığı əraziyə getdi, amma elə qərar verdi ki... - FOTOLAR

Həmin alqı-satqı müqaviləsi

Zərərçəkmiş İlham Sərdarov deyir ki, qeyri-yaşayış sahəsinin tam məhv edilməsi nəticəsində dəymiş maddi zərərin əvəzi 267000 manat, əşya və avadanlıqların məhv edilməsi nəticəsində dəymiş ziyan 49865 manat, mənəvi zərərin əvəzi 5000 manat, cəmi 321865 manatın tutularaq ona verilməsi qət edilib: “Faktiki sahəsi 315.7 kv. metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüquqi ilə mənə məxsusdur, dövlət reyestrindən çıxarışım var.

“RS Construction” MMC-nin nümayəndəsi kimi özünü təqdim edən Rafiq adlı şəxs məhkəmə iclaslarında bildirdi, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi qəbul edilən kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintinin davam etdirilməsinə icazə verəcək. Bu qədər özündən arxayın olan şəxsə belə danışmağa şərait yaradan komitədir. Bundan başqa, mənim mülkiyyət hüquqlarıma xitam verilmədən MMC-nin mənə qarşı qaldırdığı iddiası rədd edilib”.

Xatırladaq ki, sonuncu məhkəmə iclaslarından birində “RS Construction” MMC-nin (“Olympus Park”) nümayəndəsi və vəkili Eynar Əliyev demişdi ki, bu məsələyə görə şirkətin borclanmaları yaranıb. İlham Sərdarovun məqsədi şirkətə külli miqdarda ziyan vurmaqdır. Vəkil tikintinin dayandırılması ilə şirkətin külli miqdarda borclarının yarandığını etiraf etmişdi.

Bildirək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28.08.2020-ci il tarixli tikinti işlərinin dayandırılması barədə qərarına əsasən, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “RS Construction” MMC-nin sifarişi ilə həyata keçirilən 3 ədəd 12 mərtəbəli yaşayış binalarının tikintisi dayandırılıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz