"Kartofçuluq ölkəsi olmağımıza baxmayaraq 2 ildən çoxdur satışda ancaq heyvandarlıq üçün olan texniki sort kartof satılır özü də 1 manata. AQTA deyir qəşəmgdi yeyin kef eləyin...
Millitv.az bildirir ki, bu açıqlama ilə ekspert Elçin Bayramlı çıxış edib.
E.Bayramlı daha sonra deyib: "Burada ortaya 5 sual çıxır
1. Yerli kartof hanı?
2. Heyvan kartofu niyə insanlara satılır?
3. Xaricdən 10-15 qəpiyə alınan bu məhsul niyə 1 manata satılır.
4. GMO məhsul idxalı qağadan olan ölkəyə bunu neçə keçirirlər?
5. AQTA nə işlə məşğuldur?"