“Nədir, bizdə çörəyi yarıya bölüb bu iki yarıya bir tikə ət, kartof və kahı qoya bilmirlər?”.
“McDonald's” Belarus bazarını tərk edəndən sonra Aleksandr Lukaşenkonun dediyi bu sözlərdə haqlı olduğu ortadadır. Doğrudan da, çörəyi yarıya bölüb arasına bir tikə ət, kartof və kahı qoyan, bunu baha qiymətə brend kimi insanlara satan “McDonald's”ın fəaliyyəti suallar doğurur.
O sual da yaranır ki, Azərbaycanda bunu edə biləcək şirkətlər yoxdurmu?
Təbii ki var. Azərbaycan mətbəxi kifayət qədər zəngindir, həm də “McDonald's”dan daha dadlı və keyfiyyətli menyu təqdim edə biləcək qədər bacarıqlı insanlarımız var. Nə üçün Azərbayca insanı “McDonald's”ın keyfiyyətsiz və QMO məhsulları bazara hakimdir.
“McDonald's” insanlara nə təklif edir? Karto-free, burger (çörəyin arasına ət və kahı qoyurlar), o cümlədən, bütün mağazalarda satılan içkilər. Amma kartof-freeni başqa yerdə daha ucuz ala biləcəyiniz halda, “McDonald's”da bunun iki-üç qatına satılır. Bir nəfərin qidalanması ən azı 10 manat və daha baha qiymətə başa gəlir. Misal üçün, kartof-free 3 manatdan, adi içkilər 2 manatdan bahadır. Burgerləri və salatları da 5 manata yaxındır. Amma problem təkcə qiymətlərlə bağlı yox, həm də keyfiyyətlə bağlıdır.
“McDonald's”ın yeməkləri genetik modifikasiya olunmuş (GMO) ərzaqdan və konservləşdirilmiş məhsullardan hazırlanır.
Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov mediaya açıqlamasında bildirir ki, “McDonald's”da ətlərin mənşəyi məlum deyil:
“Burada ətlər taxta kimi möhkəm bir əşyadır. Böyük ehtimalla bu süni, naməlum ət növüdür. Daha sonra onlar xüsusi avadanlıqla şişirdilib istifadə edilir. Həmçinin kartofları, souslarının da əksəriyyəti GMO) mallardır”.
Bu yeməklər insanlarda sonsuzluq, qan xərçəngi, vərəm kimi ağır xəstəlikləri yaradır. Ən pisi isə odur ki, “McDonald's”da qidalanmağı adətən uşaqlar sevir və insanlarımız övladları ilə bu müəssisəyə üz tuturlar. Bu da təkcə sağlamlığımızı yox, həm də ölkənin genefondunu zədələyən, gələcək üçün indidən problem yaradan amildir.
Bu gün dünyanın onlarla ölkəsi “McDonald's”dan ya imtina edib, ya da sonradan fəaliyyətini dayandırıb. Bu ölkələrin siyahısını da təqdim edə bilərik. Albaniya, Əlcəzair, Anqola, Banqladeş, Barbados, Bermud adaları, Butan, Boliviya, Botsvana, Burkina Faso, Burundi, Kamboca, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Komor adaları, Konqo, Cibuti, Dominika, Ekvatorial Qvineya, Eritreya, Efiopiya, Qabon, Qambiya, Qana, Qrenada, Qvineya, Qvineya-Bisau, Haiti, İslandiya, İran, İraq, Əfqanıstan, Fil Dişi Sahili, Yamayka, Keniya, , Kiribati, Qırğızıstan, Laos, Makedoniya, Madaqaskar, Malavi, Maldiv adaları, Mali, Marşal adaları, Mavritaniya, Mavrikiy, Mikroneziya, Monqolustan, Monteneqro, Mozambik, Myanma (Birma), Namibiya, Nauru, Nepal, Niger, Nigeriya, Simali Koreya, Palau, Papua Yeni Qvineya, Ruanda, Seneqal, Seyşel adaları, Solomon adaları, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tacikistan, Tonqa, Türkmənistan, Uqanda, Özbəkistan, Vatikan, Yəmən, Zimbabve və s. Son iki ildə “McDonald's” Rusiya və Belarus bazarından da çıxıb.
Bu ölkələr adətən öz mətbəxlərinə uyğun “fast-food” hazırlayırlar və daha keyfiyyətli, həm də münasib başa gəlir.
O zaman Azərbaycanda niyə həm cibimizə, həm canımıza ziyanlı olan “McDonald's”ın fəaliyyəti müzakirə edilməməlidir. Bu şirkət təkcə sağlamlığımıza və büdcəmizə ziyan vurmur, həm də Azərbaycanın haqlı məsələlərində də yaxasını kənara çəkir, yaxud əleyhimizə çıxır. 44 günlük Vətən müharibəsində “McDonald's” Azərbaycana heç bir dəstək vermədi və bunu belə əsaslandırırdılar ki, guya bunlar “milli məsələlərə” qarışmırlar. Amma Rusiya-Ukrayna müharibəsinə görə Rusiya bazarını tərk etməklə yalan danışdıqlarını, ikilistandart mövqe sərgilədiklərini nümayiş etdirdilər. Yəni məsələ Ermənistan olanda “McDonald's” “neytral” olur, amma Ukrayna olanda mövqe sərgiləyir. Bunun özü belə “McDonald's”ın Azərbaycan bazarından fəaliyyətini müzakirə mövzusuna çevirməyə yetərlidir.
“McDonald's”ın keyfiyyətsiz, genofondumuzu zədələyən məhsullarındansa, öz şirkətlərimizə şərait yaradılmalıdır. Bunun həm yerli istehsalı gücləndirə, həm də daha təmiz, sağlam, keyfiyyətli qidlanmanı təmin edə bilərik. Dünyanın müxtəlif ölkələri artıq öz yerli brendlərini yaratmaq haqda düşünürlər. Azərbaycanın da bunu etməsinin zamanıdır.
Demokrat.az