Axtarış...

AQTA-nın regional rəisi saxta “Multifood” pendirlərinin satışına niyə göz yumub? - BU NƏDİ BELƏ?

AQTA-nın regional rəisi saxta “Multifood” pendirlərinin satışına niyə göz yumub? - BU NƏDİ BELƏ?

Bakıda bəzi mağazalarda qida təhlükəsizlik çıxarışı ləğv edilən "Multifood” əmtəə nişanı adı altında yarasız holland pendirləri satılır.

Millitv.az bildirir ki, Qaynarinfo-nun əməkdaşı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fəaliyyət göstərən "Gülman” MMC-nin "Multifood” əmtəə nişanı adı altında istehsal edilib, satışa çıxarılan yararsız holland pendiri aşkarlayıb.

Məsələ ilə bağlı ötən ilin dekabr ayının 29-da AQTA-ya rəsmi sorğu ünvanladıq. Sorğumuza AQTA-nın Xızı-Abşeron Regional Bölməsinin rəisi İrfan İsgəndərov bu gün cavab verib.

AQTA rəsmisi bildirib ki, "Gülman” MMC-nin direktoru Cəfərov Əli Telman oğlunun məsələ ilə bağlı izahatı alınıb: "Multifood” əmtəə nişanın istehsalçısı Abşeron rayonu, Xırdalan şəhəri, Quşuluq Yaşayış Massivində fəaliyyət göstərən "Gülman” MMC-nin direktoru Cəfərov Əli Telman oğlunun məsələ ilə bağlı yazılı izahatı alınıb. Sahibkar izahatında "Gülman” MMC-nin qeyd edilən ünvanda fəaliyyətini dayandırdığını və müəssisənin qida təhlükəsizlik çıxarışının ləğv edildiyini, lakin etiketləri şəriki Quliyev Orxan Ələkbər oğlunda qaldığını bildirib.
AQTA əməkdaşları tərəfindən daha sonra mobil telefon vasitəsilə Quliyev Orxan Ələkbər oğlu ilə əlaqə saxlanılıb. Orxan Quliyev isə "Multifood” əmtəə nişanlı etiketlərin Xırdalan şəhəri, N.Gəncəvi 156 ünvanında fəaliyyət göstərən, ona məxsus anbarda saxlanıldığını bildirib. Tərəfimizdən qeyd olunan anbara baxış keçirilib və "Multifood” əmtəə nişanlı etiketlər məhv edilib”.

İrfan İsgəndərovun cavabında bəzi qaranlıq məqamlar ortaya çıxır. Qurum müəssisənin bağlanması faktını öz adı ilə deyil, MMC direktorunun diliylə bizə çatdırır.

Sual olunur ki, lisenziyası ləğv edilən müəssisənin məhsulları mağazalarda necə satılır? Bunu siz və yaxud əməkdaşlarınız görməyibmi?

Digər bir qaranlıq məqam "Multifood” əmtəə nişanlı etiketləri MMC direktorunun dostunun anbarında niyə saxlanılır? Və yaxud satılan pendirlərin üzərində niyə vurulub?

Digər bir sual: Şirkət bağlanıbsa, hansı səbəbdən ilk cümlədə "fəaliyyət göstərən MMC" qeyd edilir?

AQTA-nın Xızı-Abşeron Regional Bölməsinin rəisi İrfan İsgəndərovun yuxarıda qaranlıq qalan suallarımıza cavabını da işıqlandıra bilərik.

Mövzuya qayıdacağıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz