Axtarış...

"Azercell qurama kombinasıyalarla vətəndaşları soyur, mediaya "sus haqqı" göndərirlər." - AzNews.az "üsyan" bayrağı qaldırdı

"Azercell qurama kombinasıyalarla vətəndaşları soyur, mediaya "sus haqqı" göndərirlər." - AzNews.az "üsyan" bayrağı qaldırdı

"Başlarına dəysin onların qəpik- quruşu"

AzNews.az xəbər portalı "Azercell" mobil rabitə şirkəti ilə əməkdaşlıqdan və reklam tərəfdaşlığından 01.01.2019-cu il tarixdən etibarən birtərəfli qaydada imtina edir.

Bu barədə portalın Baş redaktoru Taleh Şahsuvarlı məlumat verib.

Baş redaktor bildirib ki, əvvəla "Azercell" şirkətinin reklam və press-relizlər üçün redaksiyaya ödənişi çox azdır və real bazar qiymətlərinə uyğun deyil:

"Qəpik-quruş qarşısında hər ay xeyli press reliz göndərir və yayınlamamızı istəyirlər. Biz heç kimin qulu deyilik. Biz bu məbləği həm özümüzə, həm də bütövlükdə Azərbaycan jurnalistikasına hörmətsizlik kimi qəbul edirik. Digər tərəfdən "reklam tərəfdaşıyıq" deyə həmin cüzi məbləğ qarşılığında "Azercell"-lə bağlı tənqidi materialların yayınlanmasına etiraz edirlər. Bizə heç kim belə şərt qoya bilməz. Bu şirkətdən redaksiyaya həddən çox narazılıq daxil olur, bu narazılıqları yayınlamayanda oxucularımız qarşısında bir KİV olaraq mötəbərliyimizi itiririk. Qurama kombinasıyalarla vətəndaşları soyur, mediaya "sus haqqı" göndərirlər. Başlarına dəysin onların qəpik- quruşu, bizim belə pula ehtiyacımız yoxdur. Aznews.az üçün oxucuların güvəni əsasdır. Nəhayət, bu qurumdan heç kimi tapa bilmirik. Təsəvvür edin, Azərbaycanda istənilən nazirin qəbuluna düşmək daha asandır, nəinki "Azercell"in marketinq, reklam və PR işlərinə məsul olan şəxslərinin. Şirkətə zəng edirsən, calaşmaq mümkün deyil. Bu cür diletantlarla işləməyi özümüzə rəva görmürük. Getsinlər, "reket media" ilə əməkdaşlıq etsinlər".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz