"Azercell" müştəriləri narazı salmaqda davam edir.
Bu barədə Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O, "Azercell"lə bağlı şikayətlərin yenə də davam etdiyini diqqətə çatdırıb:
“Bu barədə mənə yüzlərlə müraciət daxil olur. Onlar arasında mobil operatorun 15, 25, 50 manatlıq paketləri ilə bağlı şikayətlər üstünlük təşkil edir. Vətəndaşlar şikayət edirlər ki, bu paketləri yüklədikdən bir sonra onun bitməsi ilə bağlı mesaj alırlar. Vətəndaşlardan balansın artırılması təklif olunur, əks halda ləğv olunacağı bildirilir, ya da paket tez müddətdə bitir. Belə çıxır ki, camaatdan artıq pul çıxırlar. Bundan başqa, vətəndaş onların servis xidmətlərinə getdikdə isə o qədər dolaşıq şeylər deyirlər ki, heç nə başa düşülmür. Adını da adlandırırlar ki, vətəndaş xidmətidir. Hesab edirəm ki, burada qeyri- şəffaflıq var. Bu məsələlər bağlı şirkət müvafiq addımlar atmalıdır".
Demokrat.az