Axtarış...

77 yaşlı Aftandil Hacıyev sədr təyin edildi


77 yaşlı Aftandil Hacıyev sədr təyin edildi


Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) İdarə Heyətinə yeni sədr və üzvlər təyin edilib.

Millitv.az Banker.az-a istinadən xəbər verir ki, 77 yaşlı Aftandil Hacıyev Əsgər oğlu İdarə Heyəti sədri vəzifəsini müvəqqəti icra edəcək. O, 1944-cü ilin 15 yanvarında dünyaya gəlib və 1968-ci ildən bu tərəfə müvafiq sahə üzrə iş təcrübəsinə malikdir. Sonuncu vəzifəsi “Azərsığorta”nın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsi olub.

Buna qədər vəzifə vakant idi. Belə ki, “Azərsığorta”nın İdarə Heyəti sədri vəzifəsində olan Məmməd Məmmədov Prezident İlham Əliyevin 2020-ci ilin 13 mart tarixli sərəncamı ilə vəzifəsindən azad edilmişdi. M.Məmmədov bu 13 yanvar 1993-cü ildən bu vəzifədə çalışırdı. Vəzifəsindən ayrıldıqdan 6 ay sonra isə 80 yaşında dünyasını dəyişmişdi.
Digər təyinat isə “Azərsığorta”nın İdarə Heyətinə yeni üzv seçilən üzvdür. Xəyyam Hətəmov Şirin oğlu İdarə Heyətinin üzvi seçilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz