Şəki rayonu, Fazıl kənd sakini Məmmədov Fərhad Xızır oğlu tərəfindən Hurriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Fərhad Məmmədov iddia edir ki, Şəki rayon İcra Hakimiyyətinin nümayəndəsi Məmmədov İlqar Əhməd oğlu qanunsuz olaraq onun işinə son verib.
“Bir şəhid qardaşı kimi sizdən xahiş edirəm ki, səsimin cənab Prezidentə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çatmasında mənə köməklik göstərəsiniz”, - deyən şikayətçi yazır:
“Mən, Məmmədov Fərhad Xızır oğlu, Şəki rayonunda qanunsuzluqla məşğul olanların əməllərini çəkib dövlət qurumlarına göndərdiyim üçün işimə son verilib.
Məni göndərdiyim videolara və başqa şikayətlərə əsasən, həmin Məmmədov İlqar Əhməd oğluna cinayət işi açılıb. Buna baxmayaraq, məni işimdən etdi və bir sıra qanunsuzluqları yenidən törətməyə də davam edir”.
Şikayətçi çəkdiyi videolardan birini də redaksiyamıza təqdim edib: //Hurriyyət.az//
My Webpagehttps://www.facebook.com/hurriyyet.org/videos/548480993850756/?t=0