İcra başçısı deyib ki, kim işdən çıxmaqla bağlı ərizə yazmasa, onlarla özüm məşğul olacam…
Rafil Hüseynov, yəqin ki, “Tütək səsi” filmindəki “əsgər ailəsi” yadındadır…
Ağcabədi sakini Günel Yusif qızı Mehdiyevanın Gundelik-Bakıya səsli müraciəti daxil olub. Müraciəti olduğu kimi dərc edirik.
Mən Günel Yusif qızı Mehdiyeva Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayıram. Atam Qarabağ müharibəsində şəhid olub. 15 ildir Səməd Vuğun adına uşaq bağçasında işləyirəm.
Həyat yoldaşım Novruzov Qabil Əfqanıstan müharibəsi veteranıdır.
Həyat yoldaşıma Rusiya məhkəməsinin qərarı ilə 10 il həbs cəzası verilib.
Həyat yoldaşım artıq həbs cəzasının 5 ilini Rusiyada çəkib.
Bir sözlə, ailə başçısı olmayan başsız qadınam.
Dediyim kimi, 15 ildir uşaq bağçasında işləyirəm, hazırda 208 manat maaş alıram. Onun 150 manatını kredit verirəm. Anamın köməkliyi ilə birtəhər yaşayıram.
Rafil Hüseynov Ağcabədiyə icra başçısı gələnədək öz həyatımızı birtəhər yaşayırdıq.
Rafil Hüseynov 2019-cu ildə Ağcabədiyə icra başçısı təyin olunandan sonra bizim qara günlərimiz başladı.
Belə ki, icra başçısı Rafil Hüseynov bizi icra hakimiyyətinə dəvət edərək sorğu-sual edir, elə suallar verir ki, heç bizim sahəyə dəxli yoxdur.
Sorğu-sualdan sonra bizim qarşımızda şərt qopyulur: Ərizənizlə işdən çıxmalısınız.
Yəni biz icra başçısının tapşırığı ilə guya könüllü işdən çıxmalıyıq.
Biz axı niyə işdən çıxmalıyıq ?
Hansı səbəbə görə, işimizi itirməliyik ?
Mənim 15 illik əmək stajım var.
İşdən çıxsam, mən nə ilə dolanmalı, hansı pulla yaşamalıyam ?
Axı, dedim ki, həyat yoldaşım həbsdədir, hər ay 150 manat kredit verirəm, anamın köməkliyi ilə yaşayıram.
Biz ərizə yazmadığımız üçün icra başçısı göstəriş verib ki, könüllü ərizə yazmayanların maaşlarını kəsin, qoy məcbur olub işdən çıxmaqla bağlı ərizə yazsınlar.
Hazırda bizim bağçadan 3 nəfərə deyilib ki, işdən çıxmaqla bağlı ərizə yazaq.
Onlardan biri icrada işləyən Səfərin qohumudur. Ona dəymirlər. Bizi, yəni məni və iş yoldaşım Abbasova Fəridə Sumbat qızını kimsəsiz görüb bizə təzyiq edirlər.
İcra başçısı bizi başsız görüb bizi incidir.
Görəsən, icra başçısı Rafil Hüseynov biz başsız qadınlardan nə istəyir ?
Biz artıq bezmişik. İş yoldaşım olan qadınlardan biri deyir ki, özümü yandırıb öldürəcəm.
İcra hakimiyyətində işləyən Sevinc xanım bizə deyir ki, icra başçısı sizi yanına çağırır…
İcra başçısı deyib ki, əgər ərizə yazmasalar özüm bilirəm nə edəcəm…
Görəsən, icra başçısı bizə nə edəcək ?
Biz ehtiyat edirik, qorxuruq…
Redaksiyadan: Cənab Rafil Hüseynov !
Yəqin ki, “ Tütək səsi” filminə baxmısan. Əsgər ailəsinə, şəhid qızına problem yaratmağın nə olduğunu bilirsən ?
Biz Gundəlik-Bakı olaraq təkcə bu məsləni deyil, ümumiyyətlə, şəhid və asgər ailələri ilə bağlı bütün məsələləri gündəmdə saxlayıb, sonuna çıxmağa çalışacağıq.
Biz imkan verməyəcəyik ki, kimlərsə əllərində olan səlahiyyət resurslarından istifadə edib cənab Prezidentimizin gördüyü tarixi işlərə kölgə salmağa çalışsınlar.
Bildinmi, Rafil Hüseynov ?
Gundəlik-Bakı