Təhsil Nazirliyi tərəfindən məktəbəqədər hazırlıqla əlaqədar keçirilən elektron qeydiyyat sistemi ilə bağlı kütləvi narazılıqlar var. Valideynlər xüsusilə də övladlarının rus bölmələrinə yerləşdirməyin mümkünsüz olduğunu deyillər. Qeydiyyatdan keçmək üçün nəzərdə tutlan vaxtda, sistem açılandan bir neçə saniyə keçməmiş artıq yerlərin dolduğu məlum olub. Övladlarını məktəbəqədər hazırlığın rus bölməsinə yerləşdirmək istəyən çarəsiz valideynlərdən müəyyən qeyri- rəsmi ödənişlərin müqabilində uşaqlarının təhsilə cəlb edilə biləcəyinin mümkünlüyü bildirilir. Anoloji vəziyyətlə üzləşdiyini deyən valideyn Allahverənova Südabə Camal qızı Azinforum.az-a maraqlı faktlar açıqlayıb. Onun sözlərinə görə, qeydiyyat ünvanları Nərimanov rayonu, Həsənoğlu küçəsi 83, mənzil 47 olsa da, uzun müddətdir ki, Masazır qəsəbəsi Heydər Əliyev 73 ünvanında yaşayırlar:
” Mənim iki övladım Xırdalandakı bir nömrəli məktəbdə oxuyub. Hər ikisi də rus bölməsində təhsil alıb. Mən ən balaca övladımın da orda təhsil almasını istəyirəm. Çünki özüm də rusdilliyəm. Bizim üçün uşağın rus dilində təhsil alması daha məqəsədəuyğundur. Çünki mən və böyük övladlarım sonbeşiyin dərslərinə kömək edə bilərik. Ancaq müəyyən edilmiş yeni qaydalarla bunu edə bilmirik. Elektron sistem açıldı və 3 dəqiqə sonra yerlərin dolduğu bildirildi. Deyilər ki, cəmi 3 sinif var, müraciət edən isə çoxdu. Direktorun yanında oldum. Yerləşdirilmənin mükünsüz olduğunu dedi. Ancaq orda məni çəkib qırağa dedilər ki, iki uşağın burada oxuyubsa, onda 800 manat versən işini həll edə bilərik. Bu nədir? Mən tək qadın kimi 3 uşaq böyüdürəm. Təhsil almaq hər bir vətəndaşın Konstitusion hüququdur. Çox xahiş edirəm mənim şikayətimi qeydə alasınız. 800 manat rüşvətin müqabilində uşağın məktəbə götürülməsi mükündürsə, deməli, pulsuz da bu məsələni həll edə bilərlər. Xahiş edirəm mənim şikayətimi yuxarı instansiyalara çatdırasınız ki, çarəsiz qalan valideyn kimi mənim uşağımın məktəbə qəbuluna kömək etsinlər”.
Valideynin sələndirdiyi ittihamlarla bağlı həmin məktəbin direktoru Kəmalə Yüsifova ilə əlaqə saxladıq. Direktor Azinforum.az-a açıqlamasında ona ünvanlanan sualı çox aqresiv tərzdə qarşıladı: “Onu deyən qələt edir, başını da daşa döyür. Göndərin gəlsin yanıma, görüm o kimdir və nə haqla mənə böhtan atır? Biz kimik ki, məktəbəqədər hazırlığa uşaq götürək? Bütün bunlar mərkəzləşmiş qaydada virtual sistemlə, elektron üsulla Təhsil Nazirliyi tərəfindən həll edilir. Əgər bizimlə bağlı elə fikirlər işlədirsə, bunun hüquqi məsuliyyətini dərk etməlidir. Təbii ki, cavabını da lazımı şəkildə alacaq”.
Azinforum.az olaraq bildiririk ki, bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu təyin etmək bizim səalhiyyətimizə aid deyil. Biz öz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Şikayəti işıqlandırmaq və mütləq mənada qarşı tərəfi dinləmək bizim qanunla müəyyən edilmiş hüququmuz və öhdəliyimizdən irəli gəlir ki, buna da maksimum əməl etməyə çalışdıq. Qoy qalan qiyməti əlaqədar dövlət qurumları, hətta hüquq-mühafizə orqanları versin. Çünki rüşvət tələb etmək cinayət məsuliyəti yaradan əməldir. Yox, valideyn məktəbə böhtan atırsa, bunun da hüquqi məsuliyyəti var. Bizi ən çox narahat edən isə bir məktəbin xanım direktorunun verilən suala aqresiya, hətta təhqirlə cavab verməsi oldu. Ümidvarıq ki, təhsil naziri hörmətli Ceyhun Bayramov bu məktəbin direktorunu yanına dəvət edib, ən azı ona normal və mədəni şəkildə sual ünvanlayan peşəkar jurnalistlə necə danışmağın qaydalarını izah edəcək.(Azinforum.az)