Axtarış...

İnvest-Az" bunları da itirib - RƏQƏMLƏR

İnvest-Az" bunları da itirib - RƏQƏMLƏR

“İnvest-Az İnvestisiya Şirkəti”nin (qısaca – İnvest-Az) 2022-ci ilin sonuna olan hesabtına görə şirkətin cəmi cari aktivləri 3 milyon 639 min manat və ya 27,65 faiz azalaraq 9 milyon 520 min manata enib. Kommersant.az xəbər verir ki, bunun əsas səbəbi şirkətin pul vəsaitlərinin 129 min manat azalaraq 9 milyon 464 min manat, digər aktivlərin isə 3 milyon 510 min manat azalaraq 56 min manata enməsidir.

Bundan başqa şirkətin qeyri-maddi aktivləri 275 manat azalaraq 828 manata enib.

Təsisçilərlə hesablaşmaları 135 min manat və ya 19,6 faiz azalaraq 554 min manata düşüb.

Şirkətin broker və digər komissiya gəlirləri 62 min manat və ya 20,4 faiz əriyərək 242 min manata enib. Divident gəlirləri isə 217 manat azalaraq 17 min manata düşüb.

Şirkət haqq və komissiya xərclərində isə əlini möhkəm sıxaraq xərclərini azaldıb. Belə ki, sözügedən xərclər 15 min manat azalaraq 247 min manatadək azalıb.

"İnvest-Az"ın əməliyyat mənfəəti isə nə az nə çox 572 min manat və ya 40,16 faiz azalaraq 851 min manatadək əriyib.

Bundan başqa "İnvest-Az"ın aktivlərindən gəlirliyi də 2,73 faiz azalaraq 5,83 faizə düşüb. Yəni, şirkət sahib olduğu aktivlərdən qazandığı pullarda ciddi azalma müşahidə olunub. //Kommersant.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz