Axtarış...

Ramiz Mehdiyevin bankı İFLAS ƏRƏFƏSİNDƏ - mənfəəti 2 dəfədən çox azalıb

Ramiz Mehdiyevin bankı İFLAS ƏRƏFƏSİNDƏ - mənfəəti 2 dəfədən çox azalıb
"Bank BTB” ASC bu ilin I rübünü 365 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 52,1% və yaxud 2,1 dəfə azdır.

Yanvar-mart aylarında "Bank BTB”nın gəlirləri 8,168 milyon manat (illik müqayisədə 2,3% çox), xərcləri 8,108 milyon manat (14,9% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 306 min manat (1 il əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Bank BTB”nin aktivləri 336,735 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,6% azdır. Bunun 210,733 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,1% kiçilib.

Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 5,7% azalaraq 282,28 milyon manata, o cümlədən depozit portfeli 2,4% azalaraq 130,878 milyon manata, balans kapitalı isə 16,1% azalaraq 54,455 milyon manata düşüb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.
Text-to-Speech

DİNLƏ






Şərh yaz