Axtarış...

Qarabağ Qazisini gömrükdə `İLİŞDİRİBLƏR`... - "...niyə 5600 manat “rüsum” istənilir?"

Qarabağ Qazisini gömrükdə `İLİŞDİRİBLƏR`... - "...niyə 5600 manat “rüsum” istənilir?"


Sədərək gömrüyündə 5600 manat “köhnəlik və gecikmə rüsumu” tələb olunur - İDDİA
“Sədərək gömrük-buraxılış məntəqəsində maşınımı saxlayıb müsadirə ediblər. Səbəbini isə müxtəlif amillərlə əsaslandırırlar. Gah onun köhnə olduğunu, gah Türkiyədə çox qaldığımı əsas gətirir, gah da maşını Naxçıvana keçirmək üçün məndən 5600 manat “rüsum” istəyirlər”.
Redaksiyamıza məktub göndərən Eldəniz Mehdiyev adlı Naxçıvan sakini bildirib.
Onun iddiasına görə, 1990-cı il istehsalı olan maşınını təmir etdirmək üçün Türkiyəyə aparıb. Təmir uzun sürdüyündən yubanıb, vaxtında geri qayıda bilməyib.
Məktubun ən diqqətçəkən tərəfi vətəndaşdan istənilən “rüsum” və onun miqdarıdır. Sual oluna bilər: əgər Naxçıvana gətirilməsi düşünülən maşın köhnədir və qanunla sərhəddən keçirilməsi qadağandırsa, onda vətəndaşdan niyə 5600 manat “rüsum” istənilir?
İkinci sual: Qarabağ əlili olduğunu bildirən vətəndaşdan hansı maşına görə bu qədər “rüsum” tələb olunur?
Gəlin, vətəndaşın bizə göndərdiyi videonu izləyərək bu suala cavab axtaraq. Sizcə, bu maşın bazara çıxarılsa, Naxçıvan gömrükçülərinin tələb etdiyi “köhnəlik rüsum”una satıla bilərmi?
Video ilə bərabər paylaşdığımız şəkildə 5600 manat “köhnəlik və gecikmə rüsumu” tələb edilən maşının təmirdən əvvəlki halı əks olunub. //OVQAT.com//

VİDEO BURADA: bura tıklayın baxmaq üçün...My Webpage
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz