Axtarış...

“ZİRAAT BANK”DA QANUNSUZ HESAB PULU ALINIR – EKSPERTDƏN ŞƏRH

“ZİRAAT BANK”DA QANUNSUZ HESAB PULU ALINIR – EKSPERTDƏN ŞƏRH
Azərbaycan banklarının özbaşına addımlar ilə bağlı qulaq hər gün bir söz eşitməsə kar olar.

Ölkədə bank faizlərinin yüksək olması, müştərilərin aldadılması, müxtəlif əməliyyatlar zamanı edilən fırıldaqlar haqda tez-tez xəbərlər oxuyuruq.
Amma bu dəfə bəhs edəcəyimiz fakt misli görünməmiş və kuryoz hadisədir. Çünki bankçılıqda və bu sektorda dünya təcrübəsinə məlum olmayan bir “qəza” baş verib.

TİA.Az-ın xəbərinə görə, söhbət “Ziraat Bank”da müştərilərdən öz hesablarının bağlanılması üçün əlavə rüsum tələb olunmasıdır. Hətta belə desək, bu bankda nəfəs almaq da ödənişlidir.

Ona görə nə zamansa “Ziraat Bank”da bank hesabı açmaq fikrinə düşmüş olsanız, həyatınızın səhvini etmiş olarsınız. Çünki dünyada olmayan bir tələblə üzləşirsiniz.
Belə ki, hər hansı fiziki, yaxud hüquqi şəxs sözügedən bankda hesabını bağlamaq və arayış almaq üçün müraciət edəndə ondan 20 manat ödəniş istənilir. Bu isə heç bir praktikada və qanunda göstərilmir. Amma “Ziraat Bank”ın “qanun”ları var imiş…

Son zamanlar bankdan bu cür şikayətlər gəlməkdədir. Axı bank hesabını bağlamağa və arayış almağa görə niyə müştəri 20 manat ödəniş etməlidir?
Bu suala cavab verən iqtisadçı-ekspert Natiq Cəfərlinin TİA.Az-a bildirdiyinə görə, bəzi banklarda hesab açmaq üçün cüzi rüsum tələb olunur: “Amma hesabın bağlanması tam könüllü məsələdir və bunun üçün hər hansı rüsum nəzərdə tutulmur.
Yalnız o halda ola bilər ki, həmin müştərinin bank xidmətləri ilə bağlı borcu qalıb, ya da müqavildə nəzərdə tutulan xidmətin ödənişini etməyib, o zaman hesab bağlanarkən pul istənilə bilər. Lakin adi hesabın bağlanmasına görə rüsum nə qanunvericilikdə, nə praktikada nəzərdə tutulub”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz