Axtarış...

Gömrük Komitəsi hansı əsasla malları müsadirə edir? - AÇIQLAMA

Gömrük Komitəsi hansı əsasla malları müsadirə edir? - AÇIQLAMA
Ötən gün bir qrup şəxs Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib.

İştirakçılar bildiriblər ki, yaşayışları üçün hər dəfə İrandan gətirdikləri ərzağa görə onlardan rüşvət tələb olunur və süründürməçiliyə salırlar. Həmçinin şəxslərin mallarına komitə əl qoyur.

Maraqlıdır, bir şəxsin mallarını ayrı-ayrı adamlar öz adlarına gömrükdən keçirir və əgər qanun pozulmursa, Gömrük Komitəsi nəyə istinadən həmin malları müsadirə edə bilər?

Məsələ ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, əgər mallara müəyyən edilən məhdudiyyət pozulmursa, hər kəs öz malını gömrükdən keçirə bilər:

“Yəqin ki, malların eyni adam tərəfindən gətirilməsi ilə bağlı Gömrük Komitəsinin əlində sübutlar var. Çünki mallarla əlaqəli sərhəddən keçəndə məhdudiyyətlər müəyyən olunur - hansı mallardan nə qədər aparmaq mümkündür. Sərhəddən keçirilən malların həm say, həm də qiyməti ilə bağlı məhdudiyyətlər mövcuddur. Bu rəqəmlər aşarsa, gömrük rüsumu ödənilməlidir.

Bəzi şəxslər var ki, mallarını çoxlu adamlara paylayırlar. Ola bilsin, Gömrük Komitəsi bunu izləyir, müəyyənləşdirir və belə bir addım atır. Hər bir şəxs özü ilə müəyyən miqdarda mal keçə bilər. Bununla əlaqəli həm malların adları, konkret çəkiləri, qiymət məsələləri var. Bir adamın payına düşən mallar hədləri keçərsə və gömrükdə elan edilməyibsə, müsadirə edilə bilər.

Dediyim kimi ehtimal ki, məhsulların bir şəxs tərəfindən gətirildiyi müəyyənləşdirilib. O adamlar əvvəlcədən müəyyən şəxslərlə razılaşır və sərhəddən mallar keçirilir. Çünki əksi olduğu halda vergi rüsumu ödənilməlidir. Bundan yayınmağa cəhd edənlər olur. Gömrük Komitəsi bunu müəyyənləşdirir, başqa hal mümkün ola bilməz. Çünki hər kəsin mal gətirmək hüququ var”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz