Axtarış...

Sədərk gömrüyü AÇILIB - Yalnız naxçıvanlılar üçün...

Sədərk gömrüyü AÇILIB - Yalnız naxçıvanlılar üçün...


Azərbaycan, Naxçıvan ərazisindən Türkiyə ilə quru sərhədini tam açıb. Lakin, buradakı Sədərək Gömrük Məntəqəsindən yalnız Naxçıvan qeydiyyatı olan Azərbaycan vətəndaşları Türkiyəyə maneəsiz gedib-gələ bilirlər. Digər bölgədən olan vətəndaşlara isə, ağır xəstəliyin müalicəsi üçün qonşu ölkəyə getməyə icazə verilir. Bunun üçün isə, Səhiyyə Nazirliyinin təsdiqi tələb olunur. Ciddi səbəb gpstərilmədikdə, Naxçıvana gələn Türkiyə vətəndaşlarının Bakıya getməsinə də maneə yaradıldığı bildirilir.
Kəngərli rayon sakini Rahid Quliyev deyir ki, sərhəddə gediş-gəliş bərpa olunsa da, gömrükdə əvvəlki qadağaların tətbiqi davam etdirir:
"Bir neçə gündür ki, sərhəd tam açılıb. Artıq, maneəsiz gedib-gələ bilirik. Bu çox yaxşıdır. Çünki camaatın yarıdan çoxu Türkiyədə işləməklə dolanır. Bir neçə aydır yol bağlanmışdı, nə edəcəyimizi bilmirdik. Dünən mən də rahat keçib, qayıtdım. Ancaq, əvvəlki qadağalar qalır. 30 kilodan artıq ərzaq gətirmək və.s olmaz".
Oğlunu Türkiyəyə aparmaq istəyən Bərdə rayon sakini Fazil Qurbanov deyir ki, bunun üçün xeyli sənəd tələb olunur:
"Oğlum Türkiyədə təcili əməliyyat olunmalıdır. Təyyarə ilə getməyə maddi imkan yoxdur. Zəng etdim, maraqlandım, dedilər Səhiyyə Nazirliyinin icazəsi olsa, Naxçıvandan aparmaq olar. Bu ucuz başa gəlir. Ancaq, bunun üçün də xeyli əziyyət çəkməlisən. Sənəd topla, icazə al...".
Sədərək Gömrük Məntəqəsindən Türkiyəyə gediş-gəliş iyunun 30-da bağlanmışdı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz