“Çiçəkli” adlı su brendi başqalarının müştərisini necə ələ keçirir? - MÜRACİƏT
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Bakı şəhər sakini Elmira Hümbətova Azinforum.az-a müraciət edərək bildirib ki, içməli su istehsalı ilə məşğul olan şirkət onu problemə salıb. Şikayətçinin sözlərinə görə, o, daima bir adda sudan istifadə edib. Bir neçə gün əvvəl, yenə su sifariş edib.
Suyun təchizatı ilə onu daim təmin edən Tapdıqov Famil Atəş oğlu adlı işçi bu dəfə xanıma “Çiçəkli” adda bir su gətirib. Brendin fərqli olduğunu görən vətəndaş buna etirazını bildirib. Şirkət təmsilçisi məsuliyyətdən yayınmaq üçün müştəri ilə mübahisəyə girib, hətta xanımı təhqir də edib.
Şikayətçinin sözlərinə görə, o, yaranmış vəziyyətlə bağlı Abşeron Rayon Polis İdarəsinə şikayət edib: “Məlum olub ki, Tapdıqov Famil öz iş yerini dəyişərək, “Çiçəkli”yə gələndə bütün müştəri bazasını da özü ilə gətirib. Bu minvalla köhnə müştərilərə “Çiçəkli” adlı suyu sırımağa başlayıb. Bu da istehlakçıların aldadılması anlamına gəlir.
Araşdırma zamanı məlum oldu ki, “Çiçəkli”nın buraxdığı sular heç lazımi standatlara da cavab vermir. Mən polisin də yanaşmasından razı deyiləm. Bu məsələyə mülki problem kimi baxırlar. Ancaq mənə qarşı edilən əməldə cinayət tərkibi var”.
Millitv.az olaraq Azinforum.az-a istinadla uyğun videomaterialı təqdim edirik:
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq.