Axtarış...

Nazirliyin ləğv etdiyi tenderi yenə eyni şirkət uddu - İLGİNC

Nazirliyin ləğv etdiyi tenderi yenə eyni şirkət uddu - İLGİNC


Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən bu ilin iyun ayının 23-də elan olunan tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi 14.07.2022-ci il tarixində açıqlanıb.

Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, 84 adda təsərrüfat məhsulunun alınması mqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Tural-FB” MMC (VÖEN- 1307245221) olub. “Tural-FB” MMC Şəki rayon Psixiatriya Xəstəxanasına satacağı 84 adda məhsul üçün 39 min 182 manat alacaqdı.

Lakin, tenderin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 03.08.2022-ci il tarixli 11/11-5/4502p saylı məktubuna əsasən etibarsız hesab olunub.

Bundan sonra Şəki rayon Psixiatriya Xəstəxanası 25.08.2022-ci il tarixində 84 adda məhsulun alınması üçün təkrar tender müsabiqəsi elan edib.
Qeyd edək ki, əvvəlki tender müsabiqəsilə müqayisə bu dəfə aşağıdakı məhsulların miqdarı artırılıb.
Nazirliyin ləğv etdiyi tenderi yenə eyni şirkət uddu - İLGİNC

İkinci dəfə keçirilən tender müsabiəsinin qalibi isə bu gün açıqlanıb və məlum olub ki, qalib şirkət yenə də “Tural-FB” MMC olub. Amma, birinci tenderdən fərqli olaraq “Tural-FB” MMC-yə 84 adda məhsul üçün 48 min 494 manat 70 qəpik ödəniləcək. Açıqlanan siyahıda adı keçən məhsulların miqdarı artırıldığı üçün “Tural-FB” MMC-yəəlavə olaraq 9 min 312 manat 70 qəpik ödəniləcək.
Onu da bildirək ki, “Tural-FB” MMC 06.05.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şəki rayonunun Kiş kəndində yerləşir. Qanuni təmsilçisi Bəşirli Orxan Qorxmaz oğludur.
“Tural-FB” MMC iyul ayında Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən 25 min manatlıq daha bir tender müsabiqəsinin qalibi olub. Xəstəxanaya dəftərxana malları satmaq istəyən şirkət bu dəfə də abadlıq işləri həyata keçirəcək.
Bu tenderdən bir ay əvvəl (iyun ayında) isə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən keçirlən 61 min manatlıq tender müsabiqəsinin qalibi də “Tural-FB” MMC olub. Barəsində açıq internet resurslarında heç bir məlumat olmayan “Tural-FB” MMC 2022-ci il ərzində Şəki şəhərində respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərini təşkil edəcək. Əvvəlki illərdə də “Tural-FB” MMC Şəki şəhər İcra Hakimiyyətinin keçirdiyi yüzminlik tenderlərin qalibi olub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz