Axtarış...

Qax polisində vətəndaşa işgəncə verilmişdir

Millitv.az Respublikaxəber.az-a istinadən verdiyi məlumata görə bildirir ki, Şəki rayon Baş Şabalıd kənd sakini Güluyev Xanlar Ağasəf oğlu Qax rayon Polis İdarəsinin inzibati binasında saxlanılarkən ona döyülərək əzab verilmişdir.

Şəki rayon Baş Şabalıd kənd sakini Gülüyev Xanlar Ağasəf oğlu Respublikaxəber.az-a zəng edərək bildirmişdir ki, o bir neçə aydır ki, Qax rayon Qıpçaq kəndinin mərkəzində icarəyə götürdüyü kafeni həyat yoldaşı ilə birlikdə işlədib. 18 iyul 2020-ci il tarixdə gecə saatlarında kafeyə müştəri kimi gəln bir görə Xanlarla həyat yoldaşı arasında qısqanclıq səbəbindən mübahisə yaranmışdır. Mübahisə zamanı Xanlar içkili olduğundan həyat yoldaşını sözlə, ölümlə hədələmişdir. Həyat yoldaşını əsəbləşdirən Xnların görə yoldaşı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir.102-yə verilən məlumat əsasında 18 iyul 2020-ci il tarixdə gecə saat 04:00 radələrində Qax rayon polis idarəsinin bir neçə əməkdaşı hadisə yerinə gəlmişdir.

Onlar gələrək Gülüyev Xanlar Ağasəf oğlunu və həyat yoldaşını Qax rayon polis idarəsinə aparmışdılar.

Polis şöbəsinə aparılan Xanların sərxoşluğu da müəyyən edilmişdir. Xanlar Gülüyevin dediklərinə görə onu bölməyə gətirərək orada ona əzab vermişlər. Belə ki, polis nəfəri tərəfindən onun bədəninin müxtəlif yerlərinə şillə, təpik və yumruqla zərbələr endirmişdir və ona məcbur edərək 200 dəfə sinəsini döşəməyə (jim) vurmağını tələb etmişdir. Xanlar Gülüyev 20 dəfə sinəsini döşəməyə vurduqdan sonra daha edə bilməyəcəyini dedikdə onu yenidən döyərək, ona əzab vermişdilər. Və sonra Xanlar Gülüyevi Qax rayon polis idarəsinin saxlanc yerinde (reşotkanın içərisində olan otaqda) 4 saat saxlamışdılar.

Səhər açılan zaman tədqiqatçı Ramil adında bir əməkdaş Xanlar Gülüyevin izahatını aldıqdan sonra onu sərbəst buraxmışdır. Xanlar Gülüyev həmin vaxt bədənində ağrıları hiss etmədiyindən, sonradan bədənində ağrılar artdığından polis əməkdaşı tərəfindən döyülməsi sirrini qardaşı Elyaz Gülüyevə açıb demişdir. Bundan sonra Elyaz Gülüyev Qax rayon polis idarəsinə gedərək Xanlar Gülüyevin verdiyi məlumat əsasında Qax rayon polisi ilə söhbətləşmişdir. Söhbət zamanı polis idarəsində təhqiqatçı Ramil Xanların polis sravisi Tərlan adlı şəxs tərəfindən döyülmədiyini bildirmişdir. Lakin bundan sonra Xanlar Gülüyev Qax rayon prokurorluğuna ərizə ilə müraciət edərək orada izahatını yazmışdır. Və Qax rayon prokurorluğunda məhkəmə tibbi ekspertiza həkimi gələrək Xanların bədənində olan müxtəlif xəsarətlərin foto rəsmlərini götürərək çıxmışdır. Hal-hazırda Qax rayon prokurorluğunda araşdırma davam etdirilir.



Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz