Axtarış...

"Günay" sığorta şirkəti vətəndaşı aldadır - GİLEY

"Günay" sığorta şirkəti vətəndaşı aldadır - GİLEY

Sumqayıt sakini sığorta şirkətinin dələduzluğu ilə üzləşdiyini iddia edir. Öz şəxsi yük avtomobilini sığorta etdirən vətəndaş ona yazılan cərimələrdən sonra aldadıldığını bilib. Sığorta şirkəti isə dələduzluq edən şəxsin artıq işdən uzaqlaşdırıldığını bildirir. Hadisəni polis də araşdırır.

Bir neçə vətəndaş sığorta şirkətinin onları aldatdığını iddia edir.

Sumqayıt şəhər sakini Mehdi Abbasov idarə etdiyi yük maşınını sığorta etdirmək üçün "Günay" sığorta şirkətinə müraciət edib. Şirkətin Anar Aslanov adlı işçisi maşına görə sığorta ödənişini alıb. Şikayətçinin sözlərinə görə, o, bu dələduzluqdan maşınına yazılan cərimələrdən sonra xəbər tutub. Aydın olub ki, həmin Anar adlı şəxs pulu aldıqdan sonra ona bildiriş versə də, məlumatı sistemə daxil etməyib.

Zərərçəkmiş ona dəymiş ziyanın geri qaytarılmasını tələb edir.

"Günay" sığorta şirkətinin Sumqayıt filialının rəhbəri Asif Abbasov baş verənlərə münasibət bildirib. Məlum olub ki, Mehdi Abbasov ilə yanaşı 10-dan vətəndaş da bu dələduzun toruna düşüb..

Məsələ ilə bağlı Günay sığorta şirkətindən "XəzərXəbər"ə bildirilib ki, baş verənlər həqiqətə uyğun deyil..Asif Abbasov və adı hallanan digər şəxslər Günay sığortanın əməkdaşı deyil.Həmin şəxs sığorta agentidir.Digər zərərçəkənlər isə Günay sığortada heç bir əməliyyat həyata keçirməyiblər.

Sumqayıt şəhər Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz