Axtarış...

“Nə pulumu qaytarırlar, nə maşınımı” - Vətəndaş məmurlardan narazıdır

“Nə pulumu qaytarırlar, nə maşınımı” - Vətəndaş məmurlardan narazıdır


İlqar Məmmədov 2016-cı ildə tanıdığı bir şəxsdən avtomobil alıb. Həmin maşını öz adına rəsmiləşdirmək istədiyində məlum olub ki, maşını ona satan şəxsin iki banka borcu olduğundan avtomobilin üzərinə həbs qoyulub.

İ.Məmmədov deyir, maşını aldığı şəxs nə onun pulunu qaytarır, nə də ki, maşının üzərindəki həbsin götürülməsinə çalışır. Bundan sonra Xətai Rayon Polis İdarəsinə gedən şikayətçi polisin iş materiallarında cinayət tərkibi aşkarlamadığından mülki formada məhkəməyə müraciət edib.

Şikayətçinin sözlərinə görə icraçılar məhkəmə qərarını icra etməkdən yayınır.

Vəkil Nemət Kərimli bu kimi hallarda vətəndaşın icra məmurlarını Ədliyyə Nazirliyinin daha yuxarı instansiyalarına şikayət etmək hüququ yarandığını deyir.

Məsələ ilə Ədliyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. İ.Məmmədovun şikayətçi olduğu icra məmurları da Toplum Tv-nin sorğusuna cavab verməyib.

Toplum TV
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz