Axtarış...

“Külək” MMC-nin keçirdiyi hərracda SAXTAKARLIQ: - “Dodge” maşını qazandı, amma başqasına satıldı...

“Külək” MMC-nin keçirdiyi hərracda SAXTAKARLIQ: - “Dodge” maşını qazandı, amma başqasına satıldı...















Bakıda təşkil edilən auksionda vətəndaşın aldığı avtomobil başqasına satılıb.

Unikal.org-a müraciət edən vətəndaş 1974-cü il təvəllüdlü Əliyev Əflatun Sədaqət oğlu Əmanətlərin Sığortalanması Fondunun razılığı ilə "Külək" MMC-nin təşkil etdiyi auksionda ona qarşı dələduzluq edildiyini iddia edir:

"Əmanətlərin Siğortalanması Fondunun razılığı ilə hərraca avtomobil çıxarılmışdı. Həmin "Dodge RAM-3500 Quam" markalı 90-NG-207 dövlət qeydiyyat nömrəli maşın bir nəfər şəxsə aid idi. Onun "Nikoil Bank"a borcu olub. Həmin adam banka olan borcunu ödəmədiyi üçün avtomobili hərraca çıxarılmışdı. Auksiona 6 nəfər gəlmişdi. Bu maşının qiyməti 46 min 100 manata qalxdı və avtomobil bu məbləğə satıldı. Maşını isə dostumun adına aldıq. Matoru olmayan pikap idi. Mənə "Külək" MMC-nin rəhbəri olan Rauf müəllimin oğlu dedi ki, 10 min manat ver sənə sataq. Nurlan adlı şəxslə birgə o bu cür işləri görür. Rauf müəllimin iki bacısı qızı isə auksionda hər cür fırıldağa əl atırlar. 46 minlik avtomobili 2700 manata mənə satıblar. 10 min manat versəm də sənəddə 2700 AZN qeyd ediblər. Öncədən mənimlə danışılmış bir auksion idi. Nurlan adlı şəxs də bu danışıqlarda iştirak etmişdi. Danışığa görə 46 min manata auksionda aldığım bildirilsə də, 10000 manat pul verməliydi. Əmanətlərin Sığortalanması Fondunun Ramiq və Muxtar adlı işçiləri də həmin auksionda idilər. Həmin şəxslərə pul çatmasa, onlar bu işə razılıq vermirlər. Pulu ödədim avtomobili aldım. Dedilər ki, gedib, məhkəmədə sənədə möhür vurdurum. Mən də Nərimanov Rayon Məhkəməsinə üz tutdum. Orada sənədlərə möhür vurub təsdiqlədilər ki, həqiqətən avtomobili bu adam alıb. Oradan getdik Dövlət Yol Polisinə. Avtomobilin texniki pasportu olmadığı üçün, müraciət etdim ki, yenisini alım. Avtomobili texniki baxışdan keçirəndə məlum oldu ki, məndən sonra qeyri-qanuni yolla maşını başqasına satıblar. İndi mən Külək MMC-dən pulumu ala bilmirəm. Öz haqqımı tələb etsəm də mənə konkret heç nə deyən yoxdur. "Növbəti auksionlarda sənə başqa avtomobil verərik" deyilir. Vətəndaş Əflatun Əliyev aidiyyatı dövlət qurumlarından kömək istəyir: "Mən Kütləvi İnformasiya Vasitələri vasitəsi ilə Baş Prokurorluqdan və Daxili İşlər Nazirliyindən kömək gözləyirəm. Xahiş edirəm aidiyyatı dövlət qurumları mənə vurulan zərərin geri qaytarılmasında mənə köməklik göstərsinlər."

Məsələ ilə bağlı "Külək" MMC ilə əlaqə saxlasaq da, onlar sözügedən hadisəyə münasibət bildirməkdən boyun qaçırdılar.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz