Vətəndaşın mülkü üçün kompensassiya başqa birinə ödənilib - BU NƏDİ BELƏ?
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Svetlana Əhmədova Ağ Şəhər sakinidir. O deyir, Ağ Şəhər ərazisində ona məxsus ev və obyekt icazəsi olmadan Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülüb.
S. Əhmədova deyir ki, mülklərinin qarşılığında ona çatmalı olan 302 min manatın 228 mini başqa adama ödənilib. Bunu da belə əsaslandırırlar ki, həmin şəxs sizin mülkünüzə qeydiyyatdadır. Şikayətçi isə, bu iddianı qəbul etmir.
Xətai rayon İcra Hakimiyyətinin sözçüsü Pənah İmanov Toplum Tv-yə məsələni araşdıracağını desə də, sonradan zənglərə cavab verməyib.
Hüquqşünas Yalçın İmanov məsələ ilə bağlı bildirir ki, belə bir şey hüquqi olaraq mümkün deyil:
“Həm dövlət ehtiyacları üçün torpaq sahəsini və mənzili alanda, və yaxud da ki, dövlət ehtiyacı olmasa belə mənzilin torpaq sahəsinin mülkiyyətçisilə razılaşma əldə edilir, müqavilə bağlanır, kompensassiya mülkiyyətçinin bank hesabına ödənilir. Başqa cür mümkün deyil. Yəni, başqa cür artıq mülkiyyət hüququnun pozuntusu ortaya çıxır”.
S.Əhmədovaya Baş Prokurorluqda mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunub. O isə hələ ki, mediaya üz tutmağa üstünlük verir.