Axtarış...

Fikrət Məmmədov ata-anasız qalan gənclərin taleyinə niyə biganədir? - GİLEY

Fikrət Məmmədov ata-anasız qalan gənclərin taleyinə niyə biganədir? - GİLEY


Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1037/10 saylı, 13.05.2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə və onun əsasında verilmiş icra sənədinə əsasən Fərəcov Kamal İldırım oğlu, Fərəcova Güllər Kamal qızı və Hacıyeva Dünyaxanım Rafiq qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3, mənzil 69-dan çıxarılması qət edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi Şəhər Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb, iddiaçı A.S.Səfərəliyevin ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsini qət etmişdir.

İctimaiyyətin diqqətinə çatdırırıq ki, qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan məhkəmə qətnaməsi 12 ildir icra edilmir. İcra sənədinin 2021-ci ilin noyabr ayından bəri icra hərəkətlərinin operativ şəkildə aparılması üçün tələbkar və vəkil tərəfindən dəfələrlə icra şöbəsinə və yuxarı ədliyyə qurumlarına müraciətlər edilmiş, məlumat əldə etmək üçün telefon vasitəsilə daimi əlaqə saxlanılmış, lakin bütün müraciətlər cavabsız qalmışdır.

Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini cənab Eldar Nuriyevə 09.03.2022 və 05.04.2022-ci il tarixdə;
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi cənab İlqar Cəfərova 01.02.2022, 14.02.2022, 09.03.2022, 15.03.2022 və 05.04.2022-ci il tarixdə;
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi xanım Aynur Sabitovaya 15.03.2022 və 05.04.2022-ci il tarixdə;
Sumqayıt şəhəri üzrə İcra idarəsinə 01.02.2022, 14.02.2022, 09.03.2022, 15.03.2022 və 05.04.2022-ci il tarixdə poçt vasitəsilə (sifarişli-xəbərnaməli) müraciətlər edilsə də “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” 7 və 15-ci maddələri, “İcra haqqında” və “İcra Məmurları haqqında” qanunun tələbləri, ən əsası Səfərəliyev Rauf Asif oğlu və Səfərəliyev Ramil Asif oğlunun Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş Əsas İnsan və Vətəndaş hüququ olan “Hüquq və azadlıqların inzibati icraat və məhkəmə təminatı” hüququ kobud şəkildə pozulmuşdur.

Gununsesi.info

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz