Axtarış...

Saatlıda məmurların SU TƏXRİBATI... - Deyirlər, suyu İRAN KƏSİB!

Saatlıda məmurların SU TƏXRİBATI... - Deyirlər, suyu İRAN KƏSİB!


Saatlının Nabata kəndin sakini İsməli Güləliyev deyir kəndlərinə gələn suyu İran kəsib. Rəsmi qurumlardan isə bu iddialara cavab almaq olmayıb.

Su problemi təkcə Nabatada deyil, Çolpu və Orta Muğanlı və başqa kəndlərində də yaşanır. Bu səbəbdən kəndlilərin bir qrupu martın 13-də Bakı-Saatlı avtomobil yolunu bağlamağa, bununla problemlərinə diqqət çəkməyə çalışıblar. Nəticədə 3 nəfər polisin atdığı rezin güllə nəticəsində yaralanıb.

Toplum TV-nin əməkdaşı sözügedən kəndlərdə olub. Sakinlər deyir, əkin zamanı kollektor sulardan istifadə etmələri məhsuldarlığı azaldır, normal su almağa isə maddi imkanları çatmır, rəsmilərə etdikləri müraciətlər isə nəticəsiz qalır.

Martın 14-də rayon rəsmiləri sözügedən kəndlərdə olub. Sakinlərin dediklərinə görə, onlardan müsahibə verməməkləri və bir qədər səbrli olmaqları xahiş olunub.
Martın 13-də saxlanılan şəxslərlə bağlı Daxili İşlər Nazirliyindən Toplum TV-yə bildirilib ki, araşdıma gedir. Kənd sakinləri isə 3 nəfərin 200 manat məbləğində cərimə olunduğunu, 2 nəfərin 20, 2 nəfərin isə 15 sutka həbs cəzası aldığını deyiblər.

Toplum TV
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz