Axtarış...

“Elə şəhidlərimizin yolunu düzəltsələr, bəs edir” - GİLEY

“Elə şəhidlərimizin yolunu düzəltsələr, bəs edir” - GİLEY


Beyləqanın Qəhrəmanlı kəndinin 15 sakini İkinci Qarabağ Müharibəsində həyatını itirib. Kəndin sakinləri bildirirlər ki, onların əksəriyyətinin dəfn edildiyi qəbristanlığın yolu bərbaddır. Yağışlı aylarda palçıq, isti havalarda tozdan ziyarətə getmək çətinləşir.

Kənd sakinlərindən Nazər Paşayevin də iki qohumu müharibədə həlak olub. Deyir, vətən uğrunda döyüşənlərin hamısı ona əzizdir: “Təkcə, qohumlarım yox, elə 3 mindən artıq şəhidin hamısı mənim balamdır”.

Nazər Paşayev könüllü olaraq tez-tez qəbristanlığa gedir. Orada əkilmiş gülləri sulayır. Ancaq bunu etməyin daha asan yolunun olduğunu söyləyir:

“Suyu əlimdə, butulkalarda daşıyıb aparıram. Əraziyə və yola işıq çəkilsə, suyu motorla vurar, daha çox gül əkər, asan sulayaram. Ancaq su olmadığı üçün gül, ağac əkib, oraları yaşıllaşdırmaq müşküldür. Yol da bərbaddır, o da başqa məsələ. Bir neçə dəfə aidiyyatı qurumlara demişik, isti yanaşan olmayıb”.

”Əraziyə və yola işıq çəkilsə, suyu motorla vurar, daha çox gül əkər, asan sulayaram”

Müharibədə oğlu Şakiri itirmiş ana Fatma Orucova hər gün məzarlığa gedir. Bununla təsəlli tapdığını deyir:

“Yollar normal olsa, zülm çəkmərəm. Öz şəxsi maşınımız yoxdur. Kimlərdənsə xahiş edirik. Bu zaman da yolun bərbad olması adamın dilini qısa edir. Kaş yollar normal olaydı. Çünki bizim tək təsəllimiz ziyarətdir, bir oğlumuz var idi, onu da itirmişik”.

Nazər Paşayev deyir ki, elə kəndarası yollar da bərbad gündədir. İllərdir dözürlər, yenə dözərlər, nə zaman büdcə ayrılar, təmir edilər. Ancaq qəbristanlıq yolunu tezliklə yoluna qoysalar, yaxşı olar:

“Elə şəhidlərimizin yolunu düzəltsələr, bəs edir. İşıq da çəksələr, lap yaxşı olar. Bakıda şəhidlərin dəfn edildiyi yerlərə xüsusi qulluq, qayğı var. Bizdə yoxdur, özümüz etmək istəyirik. Bunun üçün də çox bəsit şeylərə ehtiyacımız var. Qəbristanlığın 200 metrliyində elektrik dirəyi var. Elə ordan əraziyə bir xətt çəkilsə, yaxşı olar. Əminəm, bu, dövlət üçün çox bahalı və çətin iş deyil”.

“Yol çəkmək asan iş deyil və böyük xərc tələb edir”

Beyləqan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, onlarda yol çəkilməsi kimi böyük işlərə vəsait olmur. Bunun üçün gərək büdcədən vəsait ayrılsın və tapşırıq verilsin:

“Yol çəkmək asan iş deyil və böyük xərc tələb edir. Söhbət keyfiyyətli yoldan gedir”.

“Elə şəhidlərimizin yolunu düzəltsələr, bəs edir” - GİLEY
“Elə şəhidlərimizin yolunu düzəltsələr, bəs edir” - GİLEY
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz