Gəncə şəhər sakini Nüsrət Məmmədov deyir, oğlu 2 il öncə avtoqəza keçirib. Bundan sonra o yeriməkdə çətinlik çəkir. Əlillik dərəcəsini isə ala bilmir.
Nüsrət Məmmədov deyir, oğluna baxmaq üçün işdən çıxıb, evini satıb. İndi isə sosial vəziyyəti daha da ağırlaşıb, müalicəsini davam etdirə bilmir.
ƏƏSMN-dən isə Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın ixtisaslaşmış tibb müəssisəsində müalicə müddəti yetərli deyil, müalicəsini davam etdirməlidir. //Toplum TV//