Şamaxı rayonu, Muğanlı kəndində pasport qeydiyyatında olan və hazırda Abşeron rayonun 28 May qəsəbəsidə yaşayan, İş zamanı ağır xəsarət alan Məmmədov Arif Məhəməd oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mən SOCAR nəzdində olan H.Əliyev adına Neft Emalı zavodunun törəmə təşkiatı kim fəaliyətdə olan Türkiyənin "İlk İnşaat Tahhüt Sanayi və Ticarət Anonim Şirkəti" də 12 my 2022-ci ldən əmək müqavilə əsasında qaynaqçı işləyrəm. Bu il avqustun 20-də iş gördüyüm zaman sol əlimin üstünə 70 kq ağırlığı olan dəmir detal qəfil düşərək ağır xəsarət yetirmişdir. Nəticədə vətər damarı zədələnmiş, sümük sınmış, 3 və 4-cü barmağımın sınığı diqnozu ilə bu günə qədər müalicə alıram. Düzdür, işlədiyim şirkətin hesabına ilkin cərrahi əməliyyat "Medikal Plaza"da həyata keçirildi. Lakin təəssüflər olsun ki, əlim və barmaqlarım bükülmür. Hazıda öz hesabıma müalicəmi davam etdirirdim. Xəstəlik bülleteni açıldığna görə 2 aydırki, əmkhaqqı ödənişi almdım. İki balaca övladım və yaşlı xəstə vaideynlərim mənim himayəmdə yaşayırlar. İşlədiyim "İlk İnşaat" şirkəti bütün işçilərini "QALA" sığrota" şirkətilə sığortalatdırmışdır. Buna baxmayarq bu günə qədər alığım ağır istehalat xəsarətinə görə heç bir sığorta ödənişi etmir və etmək də istəmir. Cavab yazılar ki, gərək əlillik dərəcəsi alasan. Bu dərəcəni də almağa da pulum yoxdur. Baxmayaraq ki, işlədiyim şirkət bu barədə onlara yazılı məlumat vermişdir. Xəsarət hadisəsilə bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma getmiş, məndən izahat alıb işi məhkəməyə göndərdilr oktyabr ayıda. Məhkəmə necə yekunlaşıbsa məni bir zərəçəkən kimi dəvət etmədilər.Bir sözlə, məsələ ört basdır edildi. Lakin Ekspert həkim də təsdiq etmişdir ki, ağır xəsarət almışam xidməti iş zamanı Və mənə bildirdilər ki, sənin müalicən, dava-dərman üçün "Qala" sığorta şirkətinin borcudur ki, bunları qarşılasn. və ya birdəfəllik kompnsasiya versin. Amma bunu görmədik. Əksinə, bu ilin yanvarın 12-də məni Türkiyənin "İlk İnşaat Tahhüt Sanayi və Ticarət Anonim Şirkəti" nin kadrlar şöbəsi rəisi dəvət edərək bildirdi ki, səninlə olan müqailə vaxtı bitdiyinə görə əmrlə idən azad olunursan. Mənim yeimə və digər vakant yerlərə isə təzə işçi götürdlər.
On görə də dövlətimizin başçısına və nazir Sahil Babayevə, SOCAR prezidentinə, Türkiyənin ölkəmizdəki Büyük Elçisinə müraciət edirəm ki, iş vaxtı aldığım ağır bədən xəsarətinə görə 2 ay mülicə ounduqdn sonra ynidən 3 ay işə başalmağıma baxmayaraq məni əsassız bəhanə ilə işdən azad edib yerimə yeni işçi götürməyin ADI NƏ? Hamınızdan xahiş edirəm ki, qardaş Türkiyənin Azərbycanda fəaliyyət göstərən "İlk İnşaat Tahhüt Sanayi və Ticarət Anonim Şirkəti" filalı rəhbərnə başa salasınız ki, Azəbaycan hüquqi dövlətdir və burada hər bir vətəndaşın konstituion hüququ Prezident tərəfindən qorunur.Belə yanaşmadüzgün deyil. Hazırda iş tapmaq çox çətin olduğuna görə mənə "İlk İnşaat Tahhüt Sanayi və Ticarət Anonim Şirkəti" də dgər işlə təmin ounmağıma köməklik göstərəsiniz".
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...