Axtarış...

"Qarasu" Əməliyyat Şirkətində ÖZBAŞINALIQ - 200-ə yaxın işçi ÇƏTİN DURUMDA

"Qarasu" Əməliyyat Şirkətində ÖZBAŞINALIQ - 200-ə yaxın işçi ÇƏTİN DURUMDA


"Qlobal Enerji" şirkətinin tərkibinə daxil olan 5 şirkətdən biri olan Qarasu ƏŞ-nin bir qrup keçmiş işçisi SOCAR 1-ci vitsesi cənab Rövşən Nəcəfə ərizə ilə müraciət edib. Bir nüsxəsidə DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"İşçiləri ixtisar etmək üçün və buna qanuni don geyindirmək üçün 01.08.2019 cu ildə yeni qazma şirkəti – “Şirvan Driling” şirkəti yaradılmış və V.O. Davlyatovun göstərişi ilə 20-30 il “Qarasu Əməliyyat şirkəti”ndə və “ŞİRVAN OİL” şirkəti”ndə işləyən “Quyuların Yeraltı və Əsaslı Təmiri (QYƏT)” sexinin bütün işçiləri, digər sexlərdən isə bəzi işçilər məcburi (öz xahişi ilə keçmək üçün məcburi ərizə yazdırılmışdır) bu şirkətə keçirilmiş və cəmi 8 aydan sonra 01.05.2020-ci ildə Şirvan Driling” şirkəti bağlanmışdır.

İşçilər nə qədər təkid etsələr də, V.O. Davlyatov onları geri qaytarmaqdan imtina emişdir. İndi həmin işçilərin böyük bir hissəsi (200 nəfərə yaxn) çox pis vəziyyətdə işsiz qalıblar.

V.O Davlyatov QƏŞ-ə rəhbər təyin olunanda, QƏŞ-də neftin hasilatı 300 tona yaxın olub,bu gün QƏŞ-də neftin hasilatı 230 tona enib..."

Daha ətraflı əlavə olunmuş ərizədə:
"Qarasu" Əməliyyat Şirkətində ÖZBAŞINALIQ - 200-ə yaxın işçi ÇƏTİN DURUMDA
"Qarasu" Əməliyyat Şirkətində ÖZBAŞINALIQ - 200-ə yaxın işçi ÇƏTİN DURUMDA
"Qarasu" Əməliyyat Şirkətində ÖZBAŞINALIQ - 200-ə yaxın işçi ÇƏTİN DURUMDA

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz