Axtarış...

Heydər Əliyev adına NEZ-ə yeni direktor TƏYİN OLUNDU



SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub.

SOCAR-dan Redaktor.az-a verilən məlumata görə, Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra “Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlamış, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışıb. 2015-2016-cı illərdə Heydər Əliyev adına NEZ-də şöbə rəisinin müavini, 2016-2019-cu illərdə isə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini işləyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz